Təhsil
Nazirliyinin
"Qaynar
xətt"
xidmətinə
(telefon:
146;
elektron poçt
ünvanı:
qaynar-xett@edu.gov.az)
2012-ci
ilin fevral ayında
1629
müraciət
daxil olub.
Müraciətlərin
1439-u
telefonla,
190-ı
elektron poçt
vasitəsilə
qəbul
edilib.
Daxil olan müraciətlərin
əksəriyyəti
sorğu
xarakterlidir.
Bütün
müraciətlər
dinlənilib
və
qeydə
alınıb.
Xüsusi
araşdırma
tələb
edən
müraciətlər
müvafiq
qurumlara göndərilib.
Həmin
müraciətlər
əsasında
araşdırmalar
aparılıb,
problemlərin
aradan qaldırılması
istiqamətində
bütün
zəruri
tədbirlər
görülüb.
Ünvanlı
müraciətlər
isə
yazılı
şəkildə
cavablandırılıb.
Sorğu
xarakterli müraciətlər
daha
çox
ümumi
təhsil
məktəblərinin
IX və
XI siniflərində
mərkəzləşdirilmiş
sınaq
imtahanlarının
təşkili,
keçirilməsi
və
nəticələri,
ümumtəhsil
məktəblərinə
müəllimlərin
işə
qəbulu,
respublika və
beynəlxalq
fənn
olimpiadalarının
təşkili,
keçirilməsi
və
nəticələrinin
öyrənilməsi,
"Ən
yaxşı
müəllim"
müsabiqəsinin
təşkili
və
keçirilməsi
ilə
bağlı
olub.
Digər
sorğular
yaş
senzinin tətbiqi,
müəllimlərin
dərs
yükü
ilə
təmin
olunması
və
əməkhaqqının
hesablanması,
təhsil
sənədlərinin
tanınması,
xaricdə
təhsil
və
digər
məsələləri
əhatə
edib.
"Qaynar
xətt"
xidmətinə
daxil olan
68 şikayət
xarakterli müraciətin
böyük
əksəriyyəti
Bakının
ümumi
təhsil
müəssisələri
(23
müraciət)
ilə
bağlıdır.
Həmçinin,
Abşeron
(4
müraciət),
Kürdəmir,
Masallı,
Ağdam,
Quba
(hər
birindən
2
müraciət),
Füzuli,
Samux,
Şəki,
Hacıqabul,
Lənkəran,
Yardımlı,
Tərtər,
Zaqatala,
Göygöl,
Xocavənd,
Beyləqan,
Qubadlı,
Saatlı,
Lerik,
Ağsu,
Ağcabədi,
Gədəbəy
rayonlarından
(hər
birindən
1
müraciət),
Gəncə,
Mingəçevir
şəhərlərindən
(hər
birindən
1
müraciət)
şikayət
xarakterli müraciətlər
daxil olub.
Müraciətlərdə
ümumi
təhsil
müəssisələrində
tədris
prosesinin təşkili,
maddi-texniki
təchizat
sahəsindəki
çatışmazlıqlar,
məktəb
rəhbərlərinin
idarəetmədə
yol verdikləri
nöqsanlar,
məktəbli
formasının,
tədris
ədəbiyyatı
və
müxtəlif
nəşrlərin
satışı,
istilik sisteminin nasazlığı,
elektrik enerjisinin fasilələrlə
verilməsi,
məktəb
avadanlıqlarının
alınması,
məktəblərin
təmiri
və
digər
məsələlər
öz
əksini
tapıb.
Ötən
ay texniki peşə
məktəbləri
ilə
bağlı
3 şikayət
daxil olub.
Bu
şikayətlərdə
Bakı
12
nömrəli,
Biləsuvar
və
Gədəbəy
peşə
liseylərindən
bəhs
edilir.
Ali təhsil
müəssisələri
ilə
bağlı
daxil olan
8 şikayət
xarakterli müraciətin
6-sı
dövlət,
2-si
isə
özəl
tədris
ocaqları
ilə
əlaqədardır.
Bu müraciətlər
dövlət
ali təhsil
müəssisələrində
və
dövlət
sifarişi
üzrə
özəl
ali məktəblərdə
təhsil
alan tələbələrin
təqaüdlərinin
və
təhsil
sənədlərinin
gecikdirilməsi,
qış
imtahan sessiyasının
nəticələri
ilə
əlaqədar
apelyasiya qaydalarının
pozulması,
əməkhaqqının
verilməsinin
ləngiməsi
və
digər
məsələləri
əhatə
edib.
Orta ixtisas təhsili
müəssisələrindən
daxil olmuş
4
müraciət
qış
imtahan sessiyasının
nəticələri,
dövlət
təhsil
sənədinin
verilməsinin
gecikdirilməsi
və
digər
məsələlərlə
bağlı
olub.
Həmin
müraciətlərə
baxılıb
və
müvafiq
qaydada cavablandırılıb.
Təhsil
Nazirliyinin
"Qaynar
xətt"
xidmətinə
daxil olan bütün
müraciətlər
ciddi
şəkildə
araşdırılıb
və
müvafiq
tədbirlər
həyata
keçirilib. |