Martın
28-də
"Kempinski
Hotel-Badamdar"
mehmanxanasında
Tələbə
Qəbulu
üzrə
Dövlət
Komissiyası
(TQDK)
tərəfindən
yaradılmış
"Tələbə-məzun"
dövlət
elektron məlumat
sisteminin təqdimatı
olmuşdur.
TQDK-nın
sədri
Məleykə
Abbaszadə
Prezident
İlham
Əliyevin
2010-cu
il
23
fevral tarixli fərmanı
ilə
təsdiq
edilmiş
"Tələbə-məzun"
dövlət
elektron məlumat
sistemi haqqında
Əsasnamə"yə
uyğun
olaraq yaradılan
bu sistemin
əhəmiyyətindən
danışmışdır.
Bildirmişdir
ki,
bu fərman
informasiya-kommunikasiya
texnologiyalarından
(İKT)
istifadəni
nəzərdə
tutmaqla təhsilin
daha səmərəli
idarə
olunmasına
və
dövlət
orqanları
arasında
informasiya mübadiləsinin
xeyli dərəcədə
sürətləndirilməsinə
xidmət
edəcəkdir.
Sistemə
Azərbaycanın
ali və
orta ixtisas təhsili
müəssisələrinin
qoşulduğunu
deyən
M.Abbaszadə
bildirmişdir
ki,
tələbə
və
məzunlar
haqqında
məlumatlardan
bir sıra
dövlət
orqanları,
o cümlədən
Azərbaycan
Respublikasının
Prezidenti yanında
Dövlət
Qulluğu
Məsələləri
üzrə
Komissiya,
Maliyyə,
Təhsil
və
Müdafiə
nazirlikləri,
digər
qurumlar istifadə
edəcəkdir.
TQDK-nın
ünvanına
şəhər
və
rayon təhsil
şöbələrindən
Azərbaycan
vətəndaşlarının
qəbul
imtahanlarında
iştirak
etmələri,
tələbələr
sırasında
olub-olmamaları
haqqında
minlərlə
sorğu
daxil olur.
Ənənəvi
qayda ilə
işlədikdə
sorğuları
cavablandırmaq
insan resurslarından
səmərəsiz
istifadəyə
və
zaman itkisinə
gətirib
çıxarır.
Sistem bu və
buna bənzər
bütün
problemləri
aradan qaldıracaqdır.
Rabitə
və
informasiya texnologiyaları
naziri
Əli
Abbasov bildirmişdir
ki,
son illər
təhsil
sistemində
İKT
infrastrukturunun inkişaf
etdirilməsi
və
təhsildə
İKT-nin
tətbiqinin
dünya
standartları
səviyyəsinə
çatdırılması
ölkəmizdə
prioritet istiqamətlərdən
biridir.
"Dövlət
orqanlarının
elektron xidmətlər
göstərməsinin
təşkili
sahəsində
bəzi
tədbirlər
haqqında"
Azərbaycan
Prezidentinin
2011-ci
il
23
may tarixli fərmanı
ölkədə
İKT-nin
inkişafına
təkan
vermişdir.
Dövlət
orqanlarının
təhsil
sistemi ilə
informasiya mübadiləsi
İKT-dən
istifadə
etməklə
daha effektiv həyata
keçirilə
bilər.
Təqdim
olunan bu sistem
"e-hökumət"in
əsas
istiqamətlərindəndir
və
təhsilin
inkişafında
mühüm
rolu olacaqdır.
Tədbirdə
sistemin strukturu və
informasiya təminatı
barədə
məlumat
verilmişdir.
Bildirilmişdir
ki,
sistem tələbə-məzun
məlumat
bazasından
və
bu bazaya məlumatların
daxil edilməsi,
dəyişdirilməsi,
mühafizə
edilməsi,
axtarışların
aparılması
və
digər
əməliyyatların
həyata
keçirilməsini
təmin
edən
texniki-proqram
kompleksindən
ibarətdir.
Sistemə
giriş
TQDK-da
yerləşən
mərkəzi
serverdən
idarə
olunan korporativ
şəbəkə
vasitəsilə
mümkün
olacaqdır.
Məlumat
bazaları
da TQDK-nın
serverində
yerləşdiriləcəkdir.
Sözügedən
korporativ
şəbəkəyə
isə
İnternet
infrastrukturu vasitəsilə
qoşulmaq
mümkün
olacaqdır.
Sistem administratoru kimi TQDK təyin
olunmuşdur.
Sistemin informasiya təminatı
həm
TQDK,
həm
də
ali və
orta ixtisas təhsili
müəssisələri
tərəfindən
həyata
keçiriləcəkdir.
Sistemin istifadəçiləri
müxtəlif
səviyyəli
məlumata
çıxış
statusuna malik olacaqlar.
Mərkəzi
icra hakimiyyəti
orqanları
isə
daha geniş
miqyaslı
məlumat
almaq imkanına
malik olacaqdır.
Tədbirdə
mövzu
ilə
bağlı
çıxışlar
dinlənilmişdir.
AzərTAc
|