Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

 Martın 16-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində keçiriləcək "Müasir Azərbaycan təhsili və "Çağ" Öyrətim" mövzusunda konfransda iştirak etmək üçün Türkiyədən Azərbaycana gəlmiş nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Misir Mərdanovağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda gördüyü işlər, əldə etdiyi uğurlar barədə ətraflı söhbət açıb. Qafqaz Universitetinin Azərbaycanda ali təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edən nazir ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin fəaliyyətini yüksək dəyərləndirib.

Təhsil naziri son illərdə beynəlxalq olimpiadalarda azərbaycanlı gənclərin əldə etdiyi nailiyyətlərə diqqət çəkib. Bu baxımdanağ" Öyrətim İşlətmələri Şirkətinin mühüm rolunu xüsusi vurğulayan Misir Mərdanov Azərbaycan təhsilinin səviyyəsinin daha da yüksəldilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam Türkiyə Yüksək Öyrətim Kurulunun rəhbəri olarkən Azərbaycana gəldiyini bildirib. Qonaq ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın dinamik iqtisadi inkişafının təhsilin tərəqqisinə yol açmasını yüksək dəyərləndirib.

Turqut Özal Universitetinin rektoru Erol Oral 2001-2005-ci illərdə Azərbaycanda çalışdığını, həmin dövrü həyatının ən dəyərli hissələrindən biri hesab etdiyini söyləyib. Dörd il rəhbərlik etdiyi Qafqaz Universitetinin qazandığı uğurlara görə qürur duyduğunu bildirən rektor Azərbaycanla Türkiyə arasındakı təhsil əlaqələrinin əhəmiyyətinə diqqət çəkib. Qafqaz Universitetinin rektoru Əhməd Saniç "Çağ" Öyrətim İşlətmələri Şirkətinin və rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətinə verdiyi yüksək dəyərə görə Misir Mərdanova təşəkkürünü bildirib. Rektor Qafqaz Universitetinin fəaliyyətinin prioritet istiqamətləri barədə məlumat verib, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafında təhsil sahəsindəki əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayıb.

Dünyanın 150 ölkəsində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edən Ə.Saniç Azərbaycandakı fəaliyyətlərinin xüsusilə fərqləndiyini nəzərə çatdırıb. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinə Azərbaycan dövləti tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayan rektor gələcək fəaliyyətlərinin daha səmərəli olacağına inamını ifadə edib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov