Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Akkreditasiya komissiyasının növbəti iclası keçirilib

 

Martın 19-da Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Gəncə Humanitar Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.

İclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası üzrə Akkreditasiya komissiyasının sədri Fəxriyyə Kərimova bu təhsil müəssisəsində tədrisin təşkili vəziyyətinin ətraflı təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətinin öyrənildiyini nəzərə çatdırıb. Daha sonra iclas iştirakçılarını tədris ocağının fəaliyyətinin statusuna uyğunluğu üzrə nəticələri ilə tanış edən komissiya sədri müvafiq ixtisaslar üzrə kadr hazırlığı və digər meyarlara görə Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə məlumat verib.

Gəncə Humanitar Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Aybəniz Əhmədova bu təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası və pedaqoji heyəti haqqında müvafiq göstəriciləri təqdim edib. O, kollecin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün komissiyanın təklif və tövsiyələrini diqqətə çatdırıb.

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Gültəkin Əliyeva iclas iştirakçılarını kollecin ümumi fəaliyyəti və komissiyanın gəldiyi qənaətlə tanış edib.

Sonra hər üç tədris müəssisəsi üzrə akkreditasiyanın nəticələrinə dair iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib.

İclasda təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsi məsələsinə toxunub.

Akkreditasiya komissiyasının iclasında hər üç təhsil müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə cavab verdiyi nəzərə alınaraq, onların fəaliyyəti "kafi" qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov