Uşaqlarda
yarana bilən
psixoloji problemləri
vaxtında
aradan qaldırmaq
məqsədilə
Bakının
rayonları
üzrə
"Psixoloji
xidmət
mərkəzləri"
yaradılacaqdır.
Bakı
Şəhəri
üzrə
Təhsil
İdarəsindən
bu barədə
aldığımız
məlumatda
bildirilir ki,
müasir
dövrdə
cəmiyyət
həyatının
bütün
sahələrində
gedən
qloballaşma
prosesi,
informasiya bolluğu
gənclərin
dünyagörüşünün
formalaşmasına,
onların
şəxsiyyət
kimi yetişməsinə
güclü
təsir
göstərir.
Mənfi
təsirlərə
məruz
qalan uşaqlarda
öz
müəllimlərinə,
həmyaşıdlarına,
hətta
valideynlərinə
qarşı
münasibətdə
müəyyən
psixoloji
çətinliklər
yaranır,
qarşılaşdıqları
problemləri
müstəqil
həll
edə
bilmədikdə
onlarda ruh düşkünlüyü
meydana
çıxır.
Paytaxtın
təhsil
müəssisələrində
yarana biləcək
belə
problem və
çətinliklərin
qarşısının
alınması,
onların
vaxtında
aşkar
edilməsi
və
aradan qaldırılması,
eləcə
də
pedaqoji-psixoloji
prosesin düzgün
qurulması
və
psixoloji xidmət
işinin
daha da yaxşılaşdırılması
məqsədilə
yaxın
gələcəkdə
bir sıra
işlərin
görülməsi
planlaşdırılır.
Şəhər
üzrə
praktik psixoloqlar haqqında
diaqnostik məlumatın
dəqiqləşdirilməsi,
psixoloji xidmət
üzrə
ştatdankənar
metodistlərin
müəyyən
olunması,
rayonlar
üzrə
praktik psixoloqlar
üçün
"Psixoloji
xidmət
işinin
səmərəli
təşkili
yolları"
mövzusunda
nəzəri-praktik
treninqlərin
keçirilməsi,
qabaqcıl
təcrübəyə
malik praktik psixoloqların
müəyyən
edilməsi
görüləcək
işlər
sırasındadır.
Yaxın
gələcəkdə
bu istiqamətdə
Bakının
rayonları
üzrə
"Psixoloji
xidmət
mərkəzləri"nin
yaradılması,
"Məktəbdə
psixoloji xidmət
işinin
təşkilinə
verilən
müasir
tələblər,
reallıq
və
qarşıda
duran vəzifələr"
mövzusunda
elmi-praktik
konfransın
təşkili,
"Psixoloji
xidmət
mərkəzləri"nin
İKT
və
inventarlarla təmin
edilməsi
nəzərdə
tutulur.
Y.ƏLİYEV |