Təhsil
Nazirliyindən
aldığımız
məlumata
görə,
aprelin
2-də
"Elektron
təhsil"
respublika müsabiqəsinə
start veriləcək.
Müsabiqə
"2008-2012-ci
illərdə
Azərbaycan
Respublikasında
təhsil
sisteminin informasiyalaşdırılması
üzrə
Dövlət
Proqramı"
çərçivəsində
həyata
keçirilir
və
"Microsoft-Azərbaycan",
"İntel"
korporasiyasının
"Gələcək
üçün
təhsil"
proqramı,
"Ultra",
HP,
AzEduNet MMC və
"Mədəd"
təşkilatları
tərəfindən
dəstəklənir.
Müsabiqə
"Təhsildə
İnternet
texnologiyaları"
və
"Müasir
məktəbdə
elektron tədris
resursları"
istiqamətləri
üzrə
təşkil
olunub.
Müsabiqənin
keçirilməsində
əsas
məqsəd
elektron tədris
resurslarından,
İnternet
texnologiyalarından
tədris
prosesində
istifadəni
populyarlaşdırmaq,
bu sahədə
təhsil
ictimaiyyətini
məlumatlandırmaq,
tədris
məqsədləri
üçün
İnternetdən
istifadənin
yeni formalarını
üzə
çıxarmaq,
tədris
prosesində
informasiya texnologiyalarından
fəal
istifadə
edən
müəllimləri
həvəsləndirməkdən
ibarətdir.
"Müasir
məktəbdə
elektron tədris
resursları"
istiqaməti
üzrə
müsabiqəyə
elektron tədris
resurslarının
tədris
prosesində
əməli
tətbiqinə
aid olan metodiki tədris
materialları
təqdim
edilə
bilər.
Bu istiqamət
üzrə
qaliblər
"Fənlərin
tədrisində
İT-dən
istifadə
üzrə
ən
yaxşı
metodika",
"İbtidai
təhsil
sistemində
İT-dən
istifadə
üzrə
ən
yaxşı
metodika",
"Elektron
tədris
vəsaitlərindən
istifadə
edilməklə
qurulan tədris
prosesinin
ən
yaxşı
modeli"
nominasiyaları
üzrə
müəyyən
olunacaqlar.
"Təhsildə
İnternet
texnologiyaları"
istiqaməti
üzrə
müsabiqəyə
təhsil
məzmunlu
İnternet
resursları,
bloqlar və
digər
İnternet
layihələri
təqdim
edilə
bilər.
Qaliblər
"Təhsildə
İnternet
resursları"
və
"Müəllimlərin
bloqları"
nominasiyaları
üzrə
müəyyən
olunacaqdır.
Müsabiqədə
regionlarda yerləşən
məktəblərin
müəllimlərinin
İKT-dən
istifadəsini
dəstəkləmək
üçün
xüsusi
olaraq
"Elektron
təhsil"
respublika müsabiqəsində
iştirak
edən
"ən
fəal
region məktəbi"
nominasiyası
müəyyən
edilmişdir.
Bu nominasiya
üzrə
üç ən
fəal
məktəb
müəyyən
ediləcək.
İki
mərhələdə
keçiriləcək
səsverməni
Təhsil
Nazirliyi tərəfindən
formalaşdırılan
peşəkarlardan
və
mütəxəssislərdən
ibarət
münsiflər
heyəti
aparacaq.
Müsabiqədə
5
nominasiyanın
hər
biri
üzrə
qaliblərə
noutbuklar,
netbuklar və
digər
xüsusi
mükafatlar
təqdim
olunacaq.
Y.ƏLİYEV |