Azərbaycan
Tələbələr
Birliyi
(ATB)
ilə
Polşa
Tələbə
Parlamenti arasında
əldə
olunmuş
razılığa
əsasən,
martın
23-dən
30-dək
tələbələrin
beynəlxalq
təcrübə
proqramı
həyata
keçirilir.
ATB-dən
AzərTAc-a
bildirmişlər
ki,
bu proqramın
keçirilməsinin
məqsədi
Polşadakı
tələbə
təşkilatlarının
fəaliyyət
mexanizmləri
ilə
yaxından
tanış
olmaqdır.
Azərbaycan
Tələbələr
Birliyinin Polşaya
səfər
edən
14
nəfərlik
nümayəndə
heyəti
həftə
ərzində
Varşava
və
Krakov
şəhərlərinin
üç
müxtəlif
universitetinin tələbə
təşkilatlarında
təcrübə
proqramı
keçəcəkdir.
Təcrübə
proqramı
zamanı
azərbaycanlı
tələbələr
Polşadakı
tələbə
təşkilatlarının
strukturu,
gündəlik
fəaliyyəti,
strateji planları
barədə
məlumatlar
əldə
edəcəklər.
Səfərin
ilk günü
azərbaycanlı
tələbələr
Polşa
Tələbə
Parlamentinin rəhbərliyi
ilə
görüşmüşlər.
Görüşdə
müxtəlif
məsələlər,
o cümlədən
əməkdaşlıq
perspektivləri
də
müzakirə
edilmişdir.
ATB
tərəfindən
Polşa
Respublikası
Tələbə
Parlamentinə
Azərbaycan
tələbə
hərəkatının
gücləndirilməsinə
verdiyi dəstəyə
görə
sertifikat təqdim
edilmişdir.
Proqram
çərçivəsində
azərbaycanlı
tələbələrin
Polşanın
QHT-ləri
və
tələbə
mediası
ilə
görüşləri
də
nəzərdə
tutulmuşdur.
Polşada
əldə
edilmiş
təcrübə
əsasında
ATB tərəfindən
müxtəlif
layihələr,
proqramlar həyata
keçiriləcəkdir. |