| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan 
						Respublikası Prezidentinin "Azərbaycanda gənc 
						istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun 
						tarixli 464 saylı Fərmanına uyğun olaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı 
						şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl 
						kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası 
						Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər: 
						
						Abbasov Murad Eldar oğlu - Üzeyir Hacıbəyli adına Bakı 
						Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi 
						Məktəb-studiyasının şagirdi  
						
						Ağalarova Günay Adil qızı - Bakı şəhər Leopold və 
						Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik 
						Musiqi Məktəbinin şagirdi  
						
						Babayeva Vüsalə Zakir qızı - Üzeyir Hacıbəyli adına Bakı 
						Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi 
						Məktəb-studiyasının şagirdi  
						
						Hüseynli Məhərrəm Rüfət oğlu - Bakı şəhər Leopold və 
						Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik 
						Musiqi Məktəbinin şagirdi  
						
						Kərimov Ənvər Rüstəm oğlu - Üzeyir Hacıbəyli adına Bakı 
						Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi 
						Məktəb-studiyasının şagirdi  
						
						Manafzadə Atabala İkram oğlu - Abşeron rayon Xırdalan 
						şəhər Uşaq Musiqi Məktəbinin şagirdi  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı 
						şəhəri, 
						29 
						
						mart 
						2012-ci 
						il
 |