Martın
14-də Bakıdakı 54 nömrəli tam orta məktəbdə VMA-nın
təşkilatçılığı ilə Novruz bayramına həsr olunan "Bahar
gəlir yurdumuza" adlı tədbir keçirildi. Bayram
münasibətilə tədbir iştirakçılarını təbrik edən məktəbin
direktoru Sahibə Abbasova Novruzun tarixi haqqında
məlumat verdi.
Tonqala od vuruldu. Bahar qızı, Kosa və Keçəl
şagirdlərin toplaşdığı məktəbin həyətinə daxil oldular.
Onlar milli rəqslər ifa edərək xalq inanclarından,
deyimlərindən söylədilər, bayrama aid müxtəlif
səhnəciklərlə tədbiri daha da yaddaqalan və maraqlı
etdilər. Xüsusilə Nəsimi rayon H.Sarabski adına
mədəniyyət evi işçilərinin şagirdlər üçün hazırladığı
konsert proqramı valideynlər və şagirdlər tərəfindən
böyük alqışlarla qarşılandı.
Şənlikdə şagirdlərin hazırladığı milli bayrama aid
rəngarəng şəkillər və əl işləri də nümayiş olundu.
Tədbir şagirdlərin ifasında bir-birindən maraqlı rəqs
nömrələri və Novruza həsr olunan şeirlərlə başa çatdı.
Şakir CƏFƏROV |