Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Səfir ADU-da ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin qonağı olub

 

Martın 14-də Azərbaycan Dillər Universitetində İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin görüşü keçirildi. Görüşdə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, adıçəkilən ixtisas üzrə təhsil alan tələbələr və müəllim heyəti iştirak edirdi.

Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak Azərbaycan Dillər Universitetində olmağından məmnunluğunu dilə gətirdi. O, ADU-da ərəbşünaslıq ixtisası üzrə oxuyan tələbələrə əlavə olaraq 1-2 aylıq ərəb dili kurslarının keçirilməsini təklif etdi. Eyni zamanda, səfir universitetlərarası tələbə mübadiləsi aparılmasının mümkünlüyündən danışdı. Heydər Şiyə Qubeyşi Əl-Barrak tələbələri və müəllimləri ərəb dilini daha yaxşı öyrənmək və onların təcrübi inkişafı üçün səfirliyə dəvət etdi. "Dili öyrənməyin ən vacib tərəfi onu istifadə etməkdir" deyən səfir ərəb dilində kitablar gətirdiyini də qeyd etdi. Azərbaycan ilə münasibətlərin hərtərəfli inkişaf etdirildiyini deyən səfir bu sahədə lazımi tədbirlərin görülməsinin tərəfdarı olduğunu nəzərə çatdırdı.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova irəli sürdüyü təşəbbüsə görə səfirə minnətdarlığını bildirdi. Prorektor bu fakültənin inkişafına böyük önəm verildiyini və bu çərçivədə əməkdaşlığa, tələbə-müəllim mübadiləsində, konfransların keçirilməsində maraqlı olduqlarını dilə gətirdi. Akademik heyətlə iş birliyindən danışan prorektor gələcəkdə universitetlərarası proqramın yaradılmasının əhəmiyyətli ola biləcəyini vurğuladı. Həmçinin ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində azərbaycanşünaslıq, qafqazşünaslıq ixtisaslarının mövcudluğunu deyən dosent Jalə Qəribova universitetdə iraqlı tələbələrin də  təhsil almaları üçün geniş imkanların olduğunu qeyd etdi.

Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev tələbələr üçün dil kurslarının təşkili, yeni dərs vəsaitlərinin təqdim olunmasının vacib olduğunu qeyd etdi.  Fakültə dekanı kitabxanada ərəbşünaslıq guşəsini yaratmağın təqdirəlayiq olduğunu vurğuladı. Tələbələrə təkcə ərəb dilini deyil, həm də dil vasitəsilə ölkənin hüquq, siyasi sistemi, mədəniyyətinin öyrədildiyi qeyd edildi.

Sonda İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak tədbir iştirakçılarına  minnətdarlığını bildirdi.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov