Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Milli özünüdərkə gedən yol

 

NDU-da "Milli dəyərlər ili" və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Universitetin rektoru, akademik İsa Həbibbəyli mövzu ilə bağlı ətraflı məruzə edərək qədim tarixə malik Azərbaycan xalqının yüksək mənəviyyatından, zəngin milli dəyərlərindən bəhs etmişdir. Sovet imperiyası dövründə kütləvi repressiyalara və qadağalara baxmayaraq, vahid sovet xalqı ideologiyası altında xalqların milli mənsubiyyətindən, soy-kökündən uzaqlaşdırmaq siyasəti aparılmasına rəğmən xalqımız ana dilini, çoxəsrlik milli bayramlarını, adət və ənənələrini qoruyub saxlamış, yaşatmışdır. Natiq bildirmişdir ki, bu gün sürətli qloballaşma prosesi getdiyi bir zamanda milli varlığını qoruyub saxlamaq, torpaqlarımızla yanaşı milli mənəvi irsimizə də göz dikən, tariximizi saxtalaşdıran məkrli düşmənə siyasi-ideoloji qələbə çalmaq üçün, ilk növbədə, milli mənliyimizə, xalqımıza məxsus zəngin mənəvi dəyərlərə sahib çıxmalı, onları layiqincə yaşatmalıyıq.

Qeyd olunmuşdur ki, milli dəyərlərin qorunmasında azərbaycançılıq təlimini dövlət ideologiyası səviyyəsinə qaldıran ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin yaşadılmasında, dünyəvi təbliğində misilsiz xidmətləri var. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikada "Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 07 fevral 2009-cu il tarixli sərəncamı, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında 2012-ci ili "Milli dəyərlər ili" elan etməsi xalq yaradıcılığının qorunub saxlanılması və inkişaf etdirilməsi, tədqiqi, gənc nəslə milli mənəvi dəyərlərin aşılanması baxımından mühüm əhəmiyyətə malikdir. Rektor, akademik İsa Həbibbəyli ana dilinin, milli bayramlarımızın, mərasim və ayinlərimizin, milli mədəniyyətimizin təbliği, sistemli şəkildə öyrənilməsi ilə bağlı qarşıda duran başlıca vəzifələrdən danışmışdır. 

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Məmməd Rzayev xalqın milli dəyərlərinin onun milli şüur və psixologiyasının, həyat fəlsəfəsinin, ictimai-siyasi təfəkkür tərzinin formalaşmasında, milli mənliyinin təsdiqində başlıca amil olduğunu qeyd etmişdir. Sonra universitetdə "Milli dəyərlər ili"nə həsr  olunmuş tədbirlər planı müzakirəyə təqdim olunmuşdur. 

Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli, Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sevindik Vəliyev, memarlıq kafedrasının müdiri, memarlıq namizədi Qadir Əliyev, fəlsəfə və politologiya kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov, teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, Universitet Gənclər Təşkilatının sədri, magistr Arzu Abdullayev çıxış edərək 2012-ci ilin "Milli dəyərlər ili"  elan edilməsinin milli özünüdərk və soykökünə qayıdış baxımından əhəmiyyətindən, görüləcək işlərdən bəhs etmişlər.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov