Misir
Mərdanov qonaqları Təhsil Nazirliyində görməkdən
məmnunluğunu ifadə edib. Beynəlxalq Bakalavriat
Proqramının 6 nömrəli məktəb-liseydə həyata
keçirilməsini müsbət dəyərləndirən nazir bununla bağlı
lazımi dəstək göstəriləcəyini vurğulayıb. Təhsil naziri
Beynəlxalq Bakalavriat Proqramının ölkəmizdə 3 özəl
ümumi təhsil müəssisəsində reallaşdırıldığını, dövlət
tədris ocaqları arasında bu işə ilk dəfə 6 nömrəli
məktəb-liseydə başlanıldığını diqqətə çatdırıb. Nazir
həmçinin proqramın mühüm əhəmiyyətini və müvafiq işin
uğurla həyata keçiriləcəyinə əminliyini vurğulayıb,
proqramın menecerlərinə Azərbaycandakı fəaliyyətlərində
müvəffəqiyyətlər arzulayıb.
Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və
Yaxın Şərq regionu üzrə meneceri Oke Sorman səmimi
qəbula və proqramı dəstəklədiyinə görə təhsil naziri
Misir Mərdanova təşəkkürünü bildirib. 6 nömrəli
məktəb-liseyin Beynəlxalq Bakalavriat Proqramına
qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirən qonaq bu
işin sonunda uğurlu nəticələr əldə olunacağına
inandığını bildirib. O.Sorman müvafiq proqramın məqsəd
və üstünlükləri, burada təhsil proqramının hər 3
pilləsinin (PYP- ibtidai təhsil, MYP- orta təhsil, DP -
Diplom proqramı- X-XI siniflər) təklif edildiyi barədə
məlumat verib. Beynəlxalq Bakalavriat Proqramının həyata
keçirilməsi üzrə birgə işçi qrupunun yaradılmasını
təklif edən qonaq bunun işin gedişinə müsbət təsir
edəcəyini nəzərə çatdırıb.
Təhsil naziri Misir Mərdanov qonağın təklifini yüksək
dəyərləndirib və bildirib ki, 6 nömrəli məktəb-liseydə
beynəlxalq təhsil bazasının yaradılması gələcəkdə
müvafiq proqramın digər məktəblərə də şamil olunmasına
zəmin yaradacaq. Nazir həmçinin görülən işlər haqqında
ictimaiyyətin daha geniş olaraq məlumatlandırılmasının
məqsədəuyğunluğundan söz açıb.
Daha sonra Beynəlxalq Bakalavriat Proqramının ümumi
təhsil müəssisələrində mövcud fənn kurikulumlarına
uyğunluğu, müəllimlərin qeyd olunan proqram üzrə işləmək
bacarığı, habelə digər bu kimi məsələlər müzakirə olunub.
Görüşdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən
Orucova və proqramın müvafiq məktəb üzrə koordinatoru
Elşən Musayev iştirak edib. |