Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Tələbələrin XVII Respublika fənn olimpiadasının keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 6 fevral 2012-ci il tarixli, 162 nömrəli qərarını nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Tələbələrin XVII Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dili fənni üzrə) 2012-ci ilin fevral-aprel aylarında 2 tur üzrə keçirilsin.

2. Olimpiadanın I turu 2012-ci il 27 fevral - 27 mart tarixlərində ali təhsil müəssisələrində, II yekun turu isə cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilsin.

3. "Tələbələrin XVII Respublika fənn olimpiadası haqqında Əsasnamə" təsdiq edilsin (1 nömrəli əlavə).

4. Olimpiadanın münsiflər heyətinin tərkibi təsdiq edilsin (2 nömrəli əlavə).

5. Ali təhsil müəssisələrinin rektorları:

5.1. Olimpiadanın I turunun yüksək səviyyədə keçirilməsini təmin etsinlər;

5.2. Olimpiadanın II turuna vəsiqə qazanmış tələbələrin siyahısını, habelə onların hər biri üçün "Olimpiada iştirakçısının anketi"ni  2012-ci il 1 aprel tarixinədək Təhsil Nazirliyinə təqdim etsinlər.

6. Olimpiadanın II turunun yüksək təşkilatçılıq səviyyəsində həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoruna (Y.Məmmədov ) tapşırılsın.

7. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova):

7.1. Ali təhsil müəssisələrində olimpiadanın I turunun yekunlarının ümumiləşdirilməsini və müvafiq məlumat bazasının hazırlanmasını həyata keçirsin.

7.2. Olimpiadanın II turunun keçirilməsi üçün lazımi tədbirlər görsün.

7.3. Olimpiada qalibləri üçün diplomların hazırlanmasını, medalların və hədiyyələrin alınmasını təmin etsin.

8. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) olimpiadanın xərclər smetasını hazırlayıb təsdiq üçün rəhbərliyə təqdim etsin.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin.

10. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

11. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 fevral 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov