Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun
tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi
təhsil pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)"nda dəyişikliklər edilməsi haqqında"
2012-ci il 19 yanvar tarixli 9 nömrəli qərarını elan
edirəm:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanına əsasən, Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il 3 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə
549; 2011, № 3, maddə 235) ilə təsdiq edilmiş "Ümumi
təhsil pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"12.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin
sayı 20 nəfər olmaqla müəyyən edilir.";
1.2. aşağıdakı məzmunda 12.2-ci-12.4-cü bəndlər əlavə
edilsin:
"12.2. Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə
şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud
şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.
12.3. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox
olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif
otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci
paralel sinif təşkil edilir.
12.4. Tədris ilinin birinci yarısında hər hansı bir
səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya
artdıqda, siniflər bu dövlət standartlarının müvafiq
olaraq 12.1-ci-12.3-cü bəndləri ilə müəyyən edilmiş say
həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin göstərilən
qərarının
icrası
ilə
əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci
il 19 yanvar tarixli 9 nömrəli qərarı rəhbərlik və icra
üçün qəbul edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirliyin
birbaşa tabeliyindəki mərkəzləşdirilmiş xərclərdən
maliyyələşən bütün tipdən olan ümumi təhsil
məktəblərinin, gimnaziya və liseylərin rəhbərləri
siniflərin komplektləşdirilməsini qərarın tələblərinə
uyğun olaraq təmin etsinlər.
3. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müvafiq yerli təhsil
orqanlarının, eləcə də nazirliyin birbaşa tabeliyində
olan və mərkəzləşdirilmiş xərclərdən maliyyələşən bütün
tipdən olan ümumi təhsil məktəbləri, gimnaziya və
liseylərin şəbəkə göstəricilərinin qeyd olunan qərarın
tələblərinə uyğun olaraq müəyyən edilməsinə nəzarəti və
bununla bağlı digər zəruri tədbirlərin həyata
keçirilməsini təmin etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılaraq yerlərə
çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını, nazirliyin İnternet
saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
1 mart 2012-ci il |