| 
						
						 Martın 
						13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
						Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 
						Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak 
						etmişdir. 
						
						Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti 
						kəsdi. 
						
						Məlumat verildi ki, Salyan Uşaq Texniki Yaradıcılıq 
						Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada 
						fəaliyyət göstərirdi. Ötən ilin martından Heydər Əliyev 
						Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın 
						tikintisinə başlanılmışdır. Bütün lazımi infrastrukturun 
						yaradıldığı Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı 
						abadlıq işləri görülmüş, ağac və gül kolları əkilmişdir.
						 
						
						Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin, Prezident 
						İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti 
						Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətlərini, 
						həmçinin ümummilli liderin və dövlət başçısının Salyan 
						rayonuna səfərlərini əks etdirən fotoguşələr 
						yaradılmışdır. 
						
						Prezident İlham Əliyev Mərkəzin əvvəlki və indiki 
						vəziyyətini əks etdirən fotostendə baxdı, sərgi 
						salonunda uşaqların əl işləri ilə tanış oldu. 
						
						Qeyd edildi ki, birinci mərtəbədə kitabxana, emalatxana 
						və xidməti otaqlar vardır. Burada iki otaq rayon uşaq 
						kitabxanası üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbədə 
						Mərkəzin fəaliyyətinə həsr olunan fotolar və uşaqların 
						müxtəlif müsabiqələrdə qazandıqları diplomlar nümayiş 
						etdirilir. Əyləncəli fizika, gənc şahmatçılar, 
						modelçilik, ibtidai texniki modelləşdirmə, bacarıqlı 
						əllər, gənc dizayner, ingilis dili dərnəkləri də 
						uşaqların intellektual inkişafı üçün nəzərdə tutulmuşdur. 
						Ümumilikdə Mərkəzdə 1772 uşaq 10 dərnəkdə məşğul 
						olacaqdır. Mərkəz müasir avadanlıqla təchiz edilmişdir.
						 
						
						Mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirən 
						Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
						 
						
						
						AzərTAc |