Naxçıvan Müəllimlər İnstitutunda "Psixoloq" qəzetinin
baş redaktoru Tahir Heydərovun iştirakı ilə sosial
psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrlə
görüş keçirilmişdir.
Görüşdə institutun rektoru, professor Oruc Həsənli çıxış
edərək bildirmişdir ki, bu ixtisas üzrə təhsil alan
tələbələr gələcəyin əsl sosial psixoloqları kimi
yetişməli, seçdikləri ixtisasa dərindən yiyələnməyi
bacarmalıdırlar. Çünki müasir dövrdə həyatın bütün
sahələrində psixoloji xidmət önəmli yer tutur. Sosial
psixoloq kadrlarının öz peşə ixtisasları üzrə uğurla
fəaliyyət göstərmələrinin səbəbi onların institutda
aldıqları nəzəri bilikləri təcrübədə tətbiq etmək
bacarıqlarından ibarətdir. Bunu nəzərə alaraq
institutumuzda nəzəriyyə ilə təcrübəni uzlaşdıran
psixoloji xidmət mərkəzləri yaradılmışdır. "Psixoloq"
qəzetinin baş redaktoru Tahir Heydərov çıxış edərək KİV-in
psixoloji xidmətlərinin əhalinin sosial biliklərlə
məlumatlandırılması barədə ətraflı danışmışdır. Qeyd
olunmuşdur ki, bu məsələdə psixoloq kadrlarının rolu
danılmazdır. Onlar da öz peşələrinin sirlərini daha
yaxşı bilmək üçün mütəmadi olaraq KİV-dən
yararlanmalıdırlar.
Sonda tələbələri maraqlandıran suallar
cavablandırılmışdır.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |