Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

İKT-nin tətbiqi ilə "açıq dərs"

 

Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə    informatika  müəllimi  Təranə İsmayılovanın X "b"  sinfində "Yeni informasiya bülleteninin yaradılması, mövcud mətn çərçivələri ilə iş"  mövzusunda İKT-nin tətbiqi ilə "açıq dərs"i oldu. Dərsdə məqsəd  Microsoft Office Publisher proqramı anlayışını  şagirdlərə mənimsətməklə yanaşı, Publisher proqramının klassifikasiyası, məlumatı Power Pointdə hazırlamaq və  Publisher proqramı vasitəsilə müxtəlif informasiya bülletenlərini yaratmaq idi.  Müəllim   dərsdə interaktiv təlim metodlarından  istifadə edərək  şagirdlərin fəallığının artırılmasını, informatikaya aid anlayışların və qaydaların şüurlu surətdə dərk edilməsini ən vacib hal kimi  diqqət mərkəzində saxladı.  Dərsin müəllim - şagird dialoqu əsasında interaktiv təlim ruhuna uyğun təşkili  keçilən mövzunun sinfin əksəriyyəti tərəfindən yüksək səviyyədə mənimsənilməsinə şərait yaratdı. Təranə İsmayılova yeni dərsin izahı ilə yanaşı,  informatika fənnindən bu günə kimi keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq məqsədilə şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual  etdi. Şagirdlər verilən sualların cavablandırılması ilə yanaşı, həm də yeni dərsin maraqlı keçməsində   fəal iştirak etdilər.

Sonda Təranə İsmayılovanın   keçdiyi "açıq dərs"  müzakirə olundu.    Məktəbin direktoru Təyyubə Hüseynova, psixoloq İstək Bəxtiyarova,  informatika  müəllimi  Şəlalə Zeynalova, Xırdalan şəhər 2  nömrəli məktəbin  informatika müəllimi Dilarə Əlisultanova  və  başqaları çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin informatika fənnindən  yüksək bilik nümayiş etdirdiklərini bildirdilər.

"Açıq dərs" diskussiya şəklində başa çatdı.  

Xalidə HÜSEYNOVA,
Abşeron Rayon Təhsil Şöbəsinin metodisti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov