Martın
6-da Azərbaycan Dillər Universitetində 8 mart-Beynəlxalq
Qadınlar gününə həsr edilmiş tədbir keçirildi.
Universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin
Əliyev universitet rəhbərliyi adından ADU-da çalışan
xanım əməkdaşları, eləcə də zərif cinsin nümayəndələri
olan tələbələri təbrik etdi. İstər cəmiyyətdə, istərsə
də universitetdə xanımların özünəməxsus yeri olduğunu
söyləyən prorektor onlara işlərində və şəxsi
həyatlarında müvəffəqiyyətlər dilədi. Bildirildi ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə mükafatlandırılan xanımlar arasında ADU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da
var. Bundan əlavə, Ə.Əliyev qeyd etdi ki, ADU-nun
rektoru, millət vəkili, professor Səməd Seyidovun əmri
ilə universitet həyatında fəal iştiraklarına görə
fakültə və şöbələrdə çalışan bir qrup qadın əməkdaşa
təşəkkür elan edilib.
ADU Müəllim Azad Həmkarlar Təşkilatının sədri Misgər
Məmmədov da öz növbəsində universitetin qadın
əməkdaşlarını bayram münasibətilə təbrik etdi. Qeyd etdi
ki, rəhbərlik etdiyi təşkilat adından kafedra və
strukturlarda çalışan qadınların bir qrupuna pul
mükafatı təqdim edilib.
Beynəlxalq Qadınlar gününə həsr edilmiş bayram tədbiri
daha sonra tanınmış müğənnilərin, eləcə də universitet
tələbələrinin ifasında konsert proqramı ilə
yekunlaşdı.
Şakir CƏFƏROV |