Lənkəran Dövlət Universitetində 8 mart - Beynəlxalq
Qadınlar gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov
açaraq bayram iştirakçılarını təbrik edib. Rektor
bildirmişdir ki, qadınlar universitetin ictimai
həyatında fəallıq göstərirlər. Elm və təhsildə
çalışanlar arasında tanınmış alim qadınlar vardır.
Çıxış edənlər ürək sözlərini söyləmiş,
minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda universitetin ictimai həyatında fəallıq
göstərən qadınların bir qrupuna hədiyyələr verilib.
Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti Mətbuat
və informasiya xidmətinin rəhbəri |