Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və
Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına
əsasən, Fövqəladə Hallar Nazirliyinin 20 fevral 2012-ci
il tarixli, 012 nömrəli əmri ilə ümumtəhsil
məktəblərinin şagirdləri arasında "Fövqəladə hallar
uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq
müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl
işi, yanğın və qəza-xilasetmə texnikasının modeli,
yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir.
"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq
müsabiqəsinin əsasnaməsi
www.edu.gov.az İnternet ünvanında verilmişdir.
Müsabiqənin respublika turuna işlər Fövqəladə Hallar
Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış
münsiflər heyəti tərəfindən seçilməlidir. Rayon turunun
qalibləri haqqında məlumatlar 20 aprel 2012-ci il
tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
Müsabiqənin rayon, şəhər mərhələsinin keçirilməsi ilə
bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri
ilə əlaqə yaradıb müvafiq tədbirlər görmək və seçilmiş
işlərin vaxtında göndərilməsini təmin etmək Sizə
tapşırılır.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
1 mart 2012-ci il |