Azərbaycan Respublikası Prezidentinin "Hüseyn Cavidin
130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral
2012-ci il tarixli, 2051 nömrəli sərəncamının icrasını
təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük
şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu
Rasizadənin) anadan olmasının 130 illik yubileyinin
keçirilməsinə dair Azərbaycan Respublikasının Təhsil
Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə
olunur).
2. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil
İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri,
ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını
təmin etsinlər.
3. Müəssisələrin rəhbərlərinə tədbirlər planının
icrasının təmin ediməsi və görülmüş işlər haqqında
məlumatın 25 noyabr 2012-ci il tarixinə qədər Təhsil
Nazirliyinə təqdim edilməsi tapşırılsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və tədbirlər planı
ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
2 mart 2012-ci il |