Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

283 nömrəli məktəbin şagirdləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun qonağı olublar

 

Qabaqcıl informasiya texnologiyalarının imkanlarından istifadə etməklə innovativ inkişafa nail olunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi təhsil sistemində həyata keçirilməsi zəruri olan ümdə vəzifələrdəndir. Bu gün dünyada innovativ təhsil modelinin qurulması, İKT yönümlü peşəkar mütəxəssislərin hazırlanmasında Təhsil Nazirliyi və ali təhsil müəssisələri ilə yanaşı, elmi-tədqiqat institutları və mərkəzləri də yaxından iştirak edir.

Təhsildə yeni tədris mexanizmlərinin işlənməsi, elmi-metodiki nailiyyətlərin tətbiq edilməsində mühüm əhəmiyyət kəsb edən aparıcı texnologiyaların rolu, o cümlədən informatika fənninin tədrisi, prioritet sahə kimi vüsət alması ilə bağlı müxtəlif layihələr, kurs və treninqlər həyata keçirilir, bu sahədə mövcud problemlərin həlli məqsədlərinə xidmət edən silsilə tədbirlər təşkil edilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bakı şəhər 283 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri ilə keçirilən görüş də bu məqsədlərə xidmət edirdi. Tədbirdə digər fənlərlə yanaşı informatikanın da ən mühüm fənlərdən biri kimi öyrənilməsinin əhəmiyyətindən söhbət açılmış, bu proseslərdə müstəsna rol oynayan informasiya texnologiyalarının və qlobal şəbəkənin dinamik inkişafı istiqamətində görülən işlər barəsində məlumat verilmişdir.

Şagirdlər institutun Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, AzScienceNet monitorinq və təhlükəsizlik xidməti, mürəkkəb riyazi məsələlərin həllində mühüm rol oynayan Data Mərkəz ilə tanış olmuşlar. Onlara institutun elmi tədqiqat fəaliyyətinin əsas istiqamətləri, İT və informasiya cəmiyyətinin aktual problemləri, İnternetin dinamik inkişafı, yeni şəbəkə xidmətlərinin yaradılması ilə bağlı aparılan işlər haqqında ətraflı məlumat verilmişdir.

İTİ-də həyata keçirilən layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, interaktiv lövhələrin geniş imkanları və üstünlükləri, digər informasiya texnologiyaları ilə tanışlıq şagirdlərin böyük marağına səbəb olmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov