Bakıdakı A.Şaiq adına 54 nömrəli tam orta məktəbin
pedaqoji kollektivinin təşəbbüsü ilə Abdulla Şaiqin ev-muzeyində
ədibin 130 illiyinə həsr olunmuş "Yad et məni"
mövzusunda xatirə gecəsi keçirilib. Tədbirdə çıxış edən
ev-muzeyin direktoru Ülkər Talıbzadə Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin həyat
və yaradıcılığından ətraflı bəhs edib.
Çıxışlarda vurğulanıb ki, ömrünün 60 ilini xalqın
maariflənməsinə həsr edən Abdulla Şaiqin ədəbi
yaradıcılığı ictimai fikir tarixində əhəmiyyətli rol
oynayıb. Qeyd olunub ki, ədibin irsinin təbliği
böyüməkdə olan gənc nəslin yetişməsində, vətənə məhəbbət
ruhunda tərbiyə olunmasında əvəzsiz bir xəzinədir.
Sonra məktəbin şagirdləri ədibin şeirlərindən nümunələr
söyləyib , "Nüşabə" pyesindən, "Tıq-tıq xanım"
tamaşasından parçaları və "Güllər" kompozisiyasını
nümayiş etdiriblər.
Sifai SƏFƏROVA |