Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan Müəllimlər
İnstitutunun əməkdaşlarının iştirakı ilə həftəlik
seminar keçirilmişdir. Seminarın keçirilməsində məqsəd
yeni fənn kurikulumları ilə tanışlıq və onun
mənimsədilməsindən ibarətdir. Seminarda institutun
rektoru, professor Oruc Həsənli çıxış edərək məktəbə
psixoloji xidmət haqqında ətraflı məlumat vermiş və fənn
kurikulumlarının strukturu, kurikulumların səciyyəvi
xüsusiyyətləri, yaranma səbəbləri və fənn
kurikulumlarının tətbiqinin əhəmiyyəti barədə
danışmışdır.
Seminarda institutun müəllimlərindən Rafiq Hüseynov,
Tamara Baxşəliyeva çıxış etmişlər.
Sonda müəllimlərə bu sahə üzrə dərsdən əlavə
kurikulumların elektron variantı təqdim olunmuş, onların
sualları ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, seminarın mütəmadi olaraq keçirilməsi
nəzərdə tutulub.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |