Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının "Müasir
təlim metodları və dayaq məntəqələri ilə iş" kabinetinin
müdirindən aldığımız məlumatda bildirilir ki, bu
günlərdə Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə
dayaq məntəqə sədrləri, qabaqcıl müəllimlər, filialın və
rayon təhsil şöbəsinin metodistlərinin iştirakı ilə
seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni rayon təhsil şöbəsinin metodkabinet
müdiri Şirməmməd Əliyev açaraq təhsil nazirinin əmrinə
müvafiq olaraq yaradılan dayaq məntəqələrinin fəaliyyəti
barədə məlumat verib. Qeyd edib ki, fənlər üzrə dayaq
məntəqələri qabaqcıl təhsil müəssisələrində yaradılmış
və təcrübəli, "öyrədənləri öyrədən" kurslarını bitirmiş
müəllimlər məntəqə sədrləri təyin ediliblər. Neftçala
rayonu üzrə təhsil müəssisələrində 37 dayaq məntəqəsi
yaradılıb.
AMİ-nin Salyan filialının "Müasir təlim metodları və
dayaq məntəqələri ilə iş" kabinetinin müdiri Sahib
Həsənov geniş məruzə edib. Qeyd edib ki, pedaqoji
kadrların ixtisasartırma təhsili və müəllimlərin
təkmilləşdirilməsi ən vacib məsələ kimi qarşıda durur.
Dayaq məntəqələrində müəllimlər pedaqoji innovasiyalar,
yeni təlim texnologiyaları barədə vaxtında məlumatlar
əldə edir və praktiki fəaliyyətlərində onu həyata
keçirirlər.
Seminar-müşavirədə dayaq məntəqə sədrlərinə metodiki
vəsait və təlimati sənədlər paylanılıb.
ƏDALƏT |