Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Azərbaycanlı alimlər beynəlxalq konfransda iştirak ediblər

 

Bu günlərdə Türkiyənin Ərzurum Atatürk Universitetində 26 ölkənin 70 elmi qurumundan 150 alimin iştirakı ilə "Biomüxtəliflik, idman, turizm və qlobal dəyişikliklər" mövzularında konfrans keçirilmişdir. "ESRUC" Avrasiya İpək yolu Universitetləri Konsorsiumu çərçivəsində təşkil olunmuş konfransda naxçıvanlı elm adamları da iştirak etmişdir.

Geniş coğrafiyanı əhatə edən konfransda ABŞ, İngiltərə, Malayziya, Monqolustan, Yəmən, Hindistan kimi ölkələrin alimlərinin çıxışları maraqla qarşılanmışdır. Bu böyük elmi tədbirdə Naxçıvan Dövlət Universitetini təmsil edən tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, sosial idarəetmə və turizm kafedrasının baş müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Cabbarov, Naxçıvan Özəl Universitetini təmsil edən İsrafil Babayev turizm və qlobal dəyişikliklər barədə məruzələrlə çıxış etmişlər. Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatlarını, sosial-iqtisadi inkişafını əks etdirən slaydlar nümayiş etdirilmişdir.

Konfransın yekununda azərbaycanlı nümayəndələrin birgə təşkilatçılığı ilə iştirakçılara Xocalı soyqırımı haqqında slaydlarla geniş məlumat çatdırılmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  

Çinarə MƏMMƏDOVA,
NDU-nun Media mərkəzinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov