Azərbaycan müəllimləri üçün korporativ elektron poçt
xidmətində qeydiyyatdan keçmiş müəllimlərin sayı 2 min
nəfərə çatmışdır. Müəllimlər elektron poçtu ilə (ad,
soyad@teacher.edu.az) Təhsil Nazirliyi, "Microsoft
Azərbaycan" şirkəti və "Mədəd-Azərbaycan" təşkilatının
birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə
Azərbaycan Respublikasının təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində təchiz olunublar.
"Microsoft Azərbaycan" şirkətinin dəstəyi ilə həyata
keçirilən layihə çərçivəsində müəllimlərin poçt
ünvanları teacher.edu.az domeni adı altında açılmışdır.
Elektron poçt ünvanları Microsoft Live@Edu texnologi
platformasının bazasında işləyir.
"Microsoft Azərbaycan" şirkətinin "Təhsildə əməkdaşlıq"
proqramının meneceri Emin Axundovun sözlərinə görə,
elektron poçtu ilə Dövlət Proqramı çərçivəsində
təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb"
layihəsinə qoşulmuş pilot məktəblərin müəllimləri təchiz
edilir. Bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında
İnternet vasitəsilə münasibətlərin dərinləşməsi və
peşəkar informasiya mübadilələrinin yeni mərhələyə
çatdırılmasıdır. Bununla yanaşı, təhsil işçilərinin
rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində
elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə
zəmin yaradan amillərdən biridir.
Hicran ƏKBƏROVA |