"Intel" korporasiyasının beynəlxalq Skoool layihəsi
çərçivəsində Azərbaycan məktəblərində elektron
dərslərdən istifadə ediləcəkdir. "2008-2012-ci illərdə
Azərbaycan Respublikasının təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində ölkəmizdə reallaşdırılacaq Skoool layihəsi
"Intel"-in qlobal təşəbbüsü olaraq özündə riyaziyyat,
biologiya, fizika, kimya fənləri və ibtidai siniflər
üzrə 400 elektron dərsi birləşdirir. Müxtəlif ölkələrdə
tətbiq olunan bu layihənın istifadəsi üçün dərslər
tərcümə edilir və həmin ölkələrin tədris proqramlarına
uyğunlaşlırılır.
Azərbaycanda Skoool layihəsinin elektron dərslərinin
lokallaşdırılması Edumedia təşkilatı tərəfindən həyata
keçiriləcəkdir. Həmin təşkilat tərəfindən bu işə müvafiq
fənlər üzrə ən təcrübəli müəllimlər cəlb edilərək onlara
zəruri məsləhətlər veriləcək. Azərbaycan dilinə tərcümə
edilmiş bütün dərslər www.skoool.az resursunda azad
istifadədə olacaqdır. Layihənin Azərbaycanda tam tətbiqi
bu ilin may ayına planlaşdırılmışdır. |