| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan 
						Respublikası Prezidentinin fərdi təqaüdünün təsis 
						edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 
						2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun 
						olaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan dilçilik elminin inkişafında mühüm 
						xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan 
						Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:  
						
						Axundov Ağamusa Ağası oğlu  
						
						Hacıyev Tofiq İsmayıl oğlu  
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 21 fevral 2012-ci il
 |