Bakıdakı 236 nömrəli orta məktəbdə sinifdənxaric işlərə
geniş yer verilir. Məktəbin direktoru Xanlar
İmaməliyev bildirir ki, sinifdənxaric tədbirlər
təlim-tərbiyə işinin tərkib hissəsidir. Dərslə
sinifdənxaric işlər bir vəhdət halında elmlərin
əsaslarının şagirdlər tərəfindən dərindən
mənimsənilməsinə, onların əqli, fiziki, estetik,
vətənpərvərlik tərbiyəsinin inkişafına xidmət edir. Eyni
zamanda şagirdlərin biliyə marağı artır, onların bilik,
bacarıq və vərdişləri genişlənir, şagirdlərin şüurlu
intizamı, kollektivçiliyi, təşəbbüskarlığı və
təşkilatçılıq məsuliyyəti inkişaf edir.
Təhsil ocağında tədrisin və sinifdənxaric işlərin yüksək
səviyyədə təşkili üçün "Şagird özünüidarəetmə orqanı"
yaradılıb. Belə bir təşkilatın yaradılması və fəaliyyət
göstərməsi də şagirdlərin təlim-tərbiyəsində mühüm rol
oynayır. Nəticədə şagirdlərdə vətənə sevgi, milli
dəyərlərimizə isə hörmət aşılanır.
Şakir CƏFƏROV |