Ağsu
Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasidən aldığımız
məlumatda bildirilir ki, Azərbaycan dövlətinin təhsilə
göstərdiyi qayğının ən bariz nümunələrindən biri
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"dır. Bu çərçivədə həyata keçirilən işlərdən
biri də Təhsil Nazirliyinin tərəfdaşlarından olan "MƏDƏD"
təşkilatının həyata keçirdiyi Müəllimlərin Peşəkarlıq
Səviyyəsinin Təkmilləşdirilməsi (MPST) kurslarıdır. Bu
kurslar respublikamızın əksər bölgələri ilə yanaşı, Ağsu
rayonunda, 1 nömrəli məktəb-liseydə də uğurla həyata
keçirilir. Təlimlər 2 nəfər təlimçi ilə 6 gün aparılır.
Təlimlərdə 15-20 nəfərlik qruplar iştirak edir.
Müəllimlərin kurslara cəlb edilməsi təhsil şöbəsi
tərəfindən tənzimlənir.
Təlim zamanı müəllimlər 5 kompüter proqramı ilə tanış
olurlar. Bu isə onların gələcəkdə dərslərini İKT və
digər mümkün avadanlıqlarla zənginləşdirmələrinə çox
kömək edir. Bununla yanaşı, müəllimlər beynəlxalq aləmdə
geniş qəbul olunmuş konstruktivizm nəzəriyyəsi və BLUM
taksonomiyası ilə də tanış olurlar. Müəllimlər bu
nəzəriyyələrdən, kompüter proqramından və fəal təlimdən
istifadə edərək müasir tələblərə cavab verən dərslər
qururlar. Kursun son günü isə müəllimlər imtahandan
keçirilir. Onlara sertifikatların verilməsi bu
imtahanların nəticələrinə görə müəyyənləşdirilir.
Şakir CƏFƏROV |