Maddi-texniki bazasını daha da möhkəmləndirən 2
nömrəli Bakı Peşə Liseyi son illər uğurlarını da
artırır. Liseyin direktoru Razim Mirzəyev bildirir ki,
fənn kabinetlərindən, laboratoriyalardan şagirdlər
səmərəli istifadə edirlər. Dərslər kabinet və emalatxana
sistemində keçilir. Təhsil ocağında müəllimlərin
yaxşı işləməsi, şagirdlərin isə seçdikləri peşələrə
dərindən yiyələnməsi üçün hər cür şərait yaradılıb.
Liseydə pedaqoji kollektivin qarşısında duran mühüm
vəzifələrdən biri də dərslərin keyfiyyətini
yüksəltməkdir. Respublikamızın, eləcə də dünyanın
qabaqcıl iş təcrübəsini öyrənən müəllimlərimiz
pedaqogika elminin son nailiyyətlərini izləyir və onları
gündəlik dərslərində tətbiq etməyə səy göstərirlər.
Liseydə hər ay daxili nəzarət planı tərtib edilir.
Təyin olunmuş vaxt üzrə hər bir müəllim və ustanın
dərsi dinlənilir və tərtib edilmiş nəzarət dəftərində
qeyd edilir.
Hazırda liseydə oxuyan 310 şagirdə istehsalat təlimi
ustalarından Nəzakət Məmmədova, Leyla Cəfərova və Asib
Abdullayev mühasib, təmirçi-çilingər, qaynaqçı, xarrat,
dülgər, parket ustası, elektrik məişət avadanlıqlarının
xidməti və təmiri üzrə elektrik montyoru, əməliyyatçı
mühasib və mühasib, fərdi kompüter operatoru kimi
müxtəlif peşələrin sirlərini öyrədirlər.
Şakir CƏFƏROV |