Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Milli Aviasiya Akademiyasında seminar

 

Fevralın 13-də Milli Aviasiya Akademiyasında bu ali təhsil müəssisəsi ilə Qafqaz Universitetinin birgə seminarı keçirilib. Seminarda hər iki universitetin professor-müəllim heyətinin 100-dən çox üzvü iştirak edib.

Seminarı Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru, professor  Ədalət Səmədov açaraq qonaqları salamlayıb, belə elmi-praktik tədbirlərin əhəmiyyətindən bəhs edib, Qafqaz Universiteti ilə faydalı, işgüzar əməkdaşlıqdan məmnunluğunu bildirib. Sonra Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut qonaqlara xoşgəldin edib. Təbrik çıxışında dinamik inkişaf edən ölkəmizdə təhsil sahəsinin də sürətlə yeniləşdiyini diqqətə çatdıran C.Bulut universitetlərin dünya təcrübəsini öyrənmələrinin çox faydalı olduğunu vurğulayıb. 

Seminarda Türkiyə Respublikası universitetlərinin təcrübəsini ölkəmizin ali təhsil müəssisəsi nümayəndələri ilə paylaşmaq məqsədilə Qafqaz Universiteti tərəfindən dəvət olunan Səlcuq Universiteti Fondunun sədri, dosent İbrahim Arslan və Səlcuq Universiteti rektorluğunun Baş daxili nəzarətçisi Oğuz Erbaşı müvafiq olaraq "Türkiyə Respublikasında universitet fondlarının fəaliyyəti" və "Türkiyə Respublikasında universitetlərdə daxili nəzarət" mövzularında məruzələrlə çıxış ediblər.

Türkiyə Respublikasında universitet fondlarının fəaliyyətindən söz açan dosent İbrahim Arslan tarixi ənənələrə malik fondların bu gün də Türkiyədə təhsil sahəsinə böyük dəstək verdiyini qeyd edib, bu təcrübənin Azərbaycanda da səmərəli şəkildə tətbiq edilə biləcəyini söyləyib.

Oğuz Erbaşı isə məruzəsində universitetlərdə idarəetmənin və maliyyə dövriyyəsinin şəffaflığının əhəmiyyətini vurğulayıb. Universitetlərdə risq idarəetməsi, performans idarəetməsi, maliyyə nəzarəti kimi anlayışların mahiyyətini açıqlayaraq, bu istiqamətdə Türkiyə təcrübəsi əsasında görülə biləcək tədbirlərdən bəhs edib.

Hər iki natiqə kifayət qədər suallar ünvanlanıb və bu suallar əsasında müzakirələr aparılıb.

Sonda tədbirin çox səmərəli keçdiyini söyləyən professor Ədalət Səmədov qonaqlara təşəkkürünü bildirib, Boloniya prosesinə qoşulan Azərbaycanda belə elmi tədbirlərin gələcəkdə də davam etdirilməsinin ali təhsil müəssisələri üçün çox vacib olduğunu vurğulayıb.  

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov