Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Təhsil naziri Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

 

Fevralın 13-də təhsil naziri Misir Mərdanov Belarus Respublikasının  ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçlə görüşüb.

Misir Mərdanov qonağı salamlayaraq son illər ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin inkişafı istiqamətində atılan mühüm addımlardan söhbət açıb.

Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç öz ölkəsinin təhsil sistemi, ali məktəblərdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Səfir təhsil sahəsində əlaqələrin inkişafının müxtəlif istiqamətlərindən bəhs edib, Belarusun elm və təhsil müəssisələrinin uğurlarından söhbət açıb. İlkin peşə təhsili sahəsində həyata keçirilən birgə layihə çərçivəsində görüləcək işlərə toxunan qonaq Belarus ali məktəblərinin bir çox prioritet ixtisaslar üzrə yüksək təhsil imkanlarına malik olduqlarını bildirib.

Azərbaycanla Belarus arasında təhsil sahəsindəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələlərindən bəhs edən təhsil naziri Misir Mərdanov azərbaycanlı gənclərin Belarus universitetlərində bir sıra prioritet ixtisaslar üzrə təhsil almasının mümkünlüyünü qeyd edib. Nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Belarus ali məktəbləri ilə əlaqələrin yaradılması istiqamətində görülən işləri nəzərə çatdırıb. İlkin peşə təhsili istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov