Avropa Gənclər
Forumunun
2011-2012-ci
illərdə
fəaliyyət
göstərən
qeyri-formal
təhsildə
keyfiyyətin
təmin
olunması
üzrə
işçi
qrupunun yekun hesabat görüşü
keçirilmişdir.
AzərTAc
xəbər
verir ki,
Belçikanın
paytaxtı
Brüsseldə
keçirilmiş
tədbirdə
iştirak
etmiş
Gənclər
Təşkilatları
Milli
Şurasının
(ARGTMŞ)
humanitar və
sosial məsələlər
departamentinin sədri
Əligül
Ağayev
işçi
qrupunda Cənubi
Qafqaz və
Türkiyə
regionundan seçilmiş
yeganə
təmsilçi
olmuşdur.
Hesabat görüşündə
Azərbaycan
ilə
yanaşı,
Avstriya,
İngiltərə,
Litva,
Estoniya və
digər
ölkələrin
gənclər
təşkilatlarının
nümayəndələri
də
iştirak
etmişlər.
İştirakçı
ölkələr
ötən
iclasda müzakirə
edilmiş
və
praktiki
şəkildə
həyata
keçirilmiş
tədbirlərin
hesabatını
vermişlər.
Tədbirdə
yalnız
Azərbaycan
və
Litvanın
həyata
keçirdiyi
layihələr
ən
uğurlu
hesab edilmişdir. |