Türkiyənin
Şanlıurfa
vilayətində
yerləşən
kolleclərdən
birinin rəhbərliyi
qış
məktəbi
proqramı
təşkil
etməklə
şagirdlər
arasında
ingilis dilinin tədrisinin
təkmilləşdirilməsi
istiqamətində
fəal
iş
aparır.
Bu məqsədlə
Azərbaycandan
və
Kanadadan müəllimlər
dəvət
olunmuşlar.
AzərTAc
Türkiyə
KİV-lərinə
istinadla xəbər
verir ki,
qış
məktəbi
proqramı
çərçivəsində
Bakı
Britaniya Məktəbindən
dəvət
edilən
Vəfa
Musayeva və
Kanadanın
Toronto
şəhərinin
"Peel
District School Board"
məktəbindən
Fatimə
Əhməd
ingilis dilini tədris
etmişlər.
1-ci
və
6-cı
sinif
şagirdlərinin
iştirak
etdikləri
və
altı
gün
davam edən
qış
məktəbində
uşaqlar
ingilis dilində
praktiki təcrübələrə
yiyələnmişlər.
Şagirdlərin
ingilis dilini
öyrənməyə
çox
həvəsli
olduğunu
deyən
müəllimlər
onların
sözləri
tələffüz
etməkdə
çətinlik
çəkdiklərini,
lakin
əzbərləmə
qabiliyyətlərinin
yaxşı
olduğunu
demişlər.
Kollecin rəhbəri
gələcəkdə
yaz məktəbi
də
təşkil
etməyi
planlaşdırdıqlarını
bildirmişdir. |