| 
						
						2012-ci 
						ilin oktyabr ayında 
						Azərbaycan 
						ədəbiyyatının 
						görkəmli 
						nümayəndəsi,
						
						
						böyük 
						şair 
						və
						
						
						dramaturq Hüseyn 
						Cavidin 
						(Hüseyn 
						Abdulla oğlu 
						Rasizadənin)
						
						
						anadan olmasının 
						130 
						
						illiyi tamam olur.
						 
						
						Hüseyn 
						Cavid dərin 
						fəlsəfi-estetik 
						məzmuna 
						malik yaradıcılığı
						
						
						ilə 
						ədəbiyyatımızda 
						yeni bir mərhələnin 
						başlanğıcını
						
						
						qoymuşdur.
						
						
						Sənətkarın 
						dünya 
						romantizm 
						ənənələri 
						zəminində
						
						
						bəşəriyyətin 
						mənəvi 
						həyatı
						
						
						ilə
						
						
						bağlı
						
						
						axtarışlarının 
						ifadəsi 
						olan lirik 
						əsərləri,
						
						
						mənzum 
						faciə
						
						
						və
						
						
						tarixi dramları
						
						
						qiymətli 
						söz 
						inciləri 
						kimi xalqımızın 
						zəngin 
						bədii 
						fikir xəzinəsində
						
						
						layiqli yer tutur. 
						Ölkəmizdə
						
						
						teatr mədəniyyətinin 
						yüksək 
						nailiyyətlər 
						qazanmasında 
						Cavid dramaturgiyası
						
						
						mühüm 
						rol oynamışdır.
						 
						
						Azərbaycan 
						ədəbiyyatının 
						inkişafında 
						müstəsna 
						xidmətləri 
						olan Hüseyn 
						Cavidin 
						130 
						
						illik yubileyinin keçirilməsini 
						təmin 
						etmək 
						məqsədi 
						ilə,
						
						
						Azərbaycan 
						Respublikası
						
						
						Konstitusiyasının 
						109-cu 
						maddəsinin 
						32-ci 
						bəndini 
						rəhbər 
						tutaraq,
						
						
						  
						
						
						QƏRARA 
						ALIRAM:  
						
						1. 
						
						Azərbaycan 
						Respublikasının 
						Mədəniyyət 
						və
						
						
						Turizm Nazirliyi Azərbaycan 
						Respublikasının 
						Təhsil 
						Nazirliyi,
						
						
						Azərbaycan 
						Milli Elmlər 
						Akademiyası
						
						
						və
						
						
						Naxçıvan 
						Muxtar Respublikasının 
						Ali Məclisi 
						ilə
						
						
						birlikdə,
						
						
						Azərbaycan 
						Yazıçılar 
						Birliyinin təkliflərini 
						nəzərə
						
						
						almaqla,
						
						
						Hüseyn 
						Cavidin 
						130 
						
						illik yubileyinə
						
						
						həsr 
						olunmuş
						
						
						tədbirlər 
						planı
						
						
						hazırlayıb 
						həyata 
						keçirsin.
						 
						
						2. 
						
						Azərbaycan 
						Respublikasının 
						Nazirlər 
						Kabineti bu Sərəncamdan 
						irəli 
						gələn 
						məsələləri 
						həll 
						etsin.  
						
						
						İlham 
						ƏLİYEV,
						
						
						Azərbaycan 
						Respublikasının 
						Prezidenti
 Bakı 
						şəhəri, 
						16 
						
						fevral 
						2012-ci 
						il
 |