Haqqında
söhbət açmaq istədiyimiz Quliyev Turqut Yavər oğlu
1999-cu ildə İmişli şəhərində anadan olub. Şəhər 1
nömrəli humanitar fənlər təmayüllü məktəb- liseyin VI
"ç" sinfində təhsil alır. Dərs əlaçısıdır.
Turqut dərslərini "əla" qiymətlərlə oxumaqla bərabər
həm də idmanın karate növü ilə məşğul olur. O, 9
yaşından məşqçi Elşad Fərzəliyevin rəhbərlik etdiyi
karate bölməsinin fəal üzvlərindən biridir. Onun
karatenin ENŞİN növü üzrə qazandığı uğurlar hamını
sevindirir.
Sevimli şagirdinin qazandığı qələbələrdən fəxrlə söhbət
açan fiziki tərbiyə müəllimi Fazil Seyfəliyev bildirir
ki, Turqut respublika daxilində filiallar arasında
keçirilən açıq çempionatda uğurla çıxış edərək I yeri,
İmişli şəhərində keçirilən zona birinciliyində və Gəncə
şəhərində Azərbaycan kuboku uğrunda yarışda II yeri
tutub. Onun ən möhtəşəm qələbəsi Ukraynanın Odessa
şəhərində keçirilən Dünya kuboku yarışında dünyanın
müxtəlif ölkələrindən gəlmiş həmyaşıdlarını məğlub
edərək Dünya kubokunun sahibi olmasıdır.
Bəli, biz də Turqutu qazandığı bu böyük qələbə
münasibətilə təbrik edir, ona bu "İdman ili"ndə
yeni-yeni qələbələr arzulayırıq.
ƏDALƏT |