Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Fevral 2012 - №6

 

Gənc rəssamın ilk fərdi sərgisi

 

Fevralın 1-də Azərbaycan Müəllimlər İnstitutunda  Gənclər günü münasibətilə filologiya və təhsildə sosial psixologiya  fakültəsinin III kurs tələbəsi, gənc rəssam Nərmin Əliyevanın ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu.

Sərgini institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı açaraq bildirdi ki, ulu öndərimiz Heydər Əliyevin ölkəmizdə vətənpərvər, istedadlı gənc nəslin yetişdirilməsi sahəsində çox böyük xidmətləri olmuşdur.  Prezident Heydər Əliyevin  1997-ci  il  fevralın  1-də  "2 fevral - Azərbaycan Gəncləri günü elan edilməsi haqqında" sərəncamı imzalaması da gənclərə dövlət qayğısının  bariz nümunələrindən biridir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Rektor bu bayram münasibətilə institutun, eləcə də Azərbaycanın bütün gənclərini ürəkdən təbrik etdi və onlara sağlam həyat, doğma vətənimizin inkişafı naminə  yeni-yeni uğurlar arzuladı.

Bugünkü tədbirin bu bayram münasibətilə keçirilən silsilə tədbirlərdən biri olduğunu deyən Aqiyə Naxçıvanlı qeyd etdi ki, bəşəriyyətin ən mühüm nailiyyətlərindən sayılan incəsənət, onun ayrı-ayrı növ və janrları hər bir xalqın ən dəyərli estetik sərvətidir. Bu sərvəti yaradanlar, onu layiqincə qiymətləndirənlər, həyat və məişətin, təlim-tərbiyə prosesinin  hər anında ondan bacarıqla istifadə edənlər şəxsiyyət səviyyəsinə yüksələ bilir, cəmiyyətdə fəal mövqe tuturlar. Bu baxımdan gənc rəssam Nərmin Əliyevanın bugünkü sərgisi mühüm əhəmiyyətə malikdir.

Sərgiyə baxış keçirilərkən rəssamın təsviri incəsənətin rəngkarlıq və qrafika növlərində, portret, mənzərə, natürmort, tematik janrlarda çəkdiyi rəsmlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Gənc qızın həyat eşqini, ətraf aləmə baxışlarını, yaradıcılıq duyğularını özündə əks etdirən bu rəsm əsərləri onun fitri istedadından, gələcək arzu və istəklərindən xəbər verirdi. Hiss olunurdu ki, rəssam hər bir əsərində müşahidə etdiyi obrazın daxili aləmini, onun xarakterik xüsusiyyətlərini əks etdirərək tamaşaçılara təqdim etməyə çalışmışdır. Mənzərə janrında yaradılmış rəsm əsərlərində Nərminin yurdumuzun təbiətinə, onun müxtəlif bölgələrinin gözəlliklərinə olan böyük məhəbbəti duyulurdu. Sərgi iştirakçıları gənc rəssamın yaradıcılığında portret janrında çəkilmiş əsərləri xüsusilə bəyənərək bu rəsmlərdə təsvir olunan obrazların müxtəlifliyini,  müəllifin  özünəməxsus realist üslubunu, seçdiyi  bədii ifadə vasitələrini xüsusilə vurğuladılar.

Tədbirdə çıxış edənlər - professorlar Ramiz Məmmədzadə,  Mircəfər Həsənov, tarix elmləri doktoru Qafar Cəbiyev,  dosent Razim Məmmədov, təhsil müəssisəsinin baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhsəti Məmmədova gənc rəssamın yaradıcılığını, onun istedadını çox yüksək dəyərləndirdilər. Bu sahədə böyük uğurlar qazanaraq gələcəkdə  çox gözəl  rəssam  olacağına ümid etdiklərini bildirdilər və ona yaradıcılığında  yeni-yeni nailiyyətlər arzuladılar.

Qeyd edək ki, Nərmin Əliyeva 2011-ci ildə  Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Azərbaycan - çiçəklənən diyar" mövzusunda respublika rəsm sərgisində I yerə layiq görülmüşdür.

 Tədbirin sonunda çıxış edən Nərmin Əliyeva institutda hər bir tələbənin öz elmi və yaradıcılıq potensialını üzə çıxarması üçün yaradılan şəraitə və sərginin təşkilinə görə təhsil ocağının rəhbərliyinə, şəxsən Aqiyə xanıma dərin təşəkkürünü bildirdi.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov