Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə
çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün
stimulların yaradılması və onlar arasında təcrübə
mübadiləsinin təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. 2012-ci ilin fevral-aprel aylarında uşaq və
yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin
tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR Təhsil naziri, rayon, şəhər təhsil
şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yüksək
səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb
həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov)
müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli
köməklik göstərsin.
5. Zona və respublika mərhələlərində iştirak edən
məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri
rayon, şəhər təhsil şöbələri, idarələri və digər ezam
edən təşkilatlar tərəfindən ödənilsin.
6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi Respublika Texniki
Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş
xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına
müəyyən olunmuş qaydada həyata keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika
mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi
məqsədilə Respublika Texniki Yaradıcılıq Mərkəzinin
2012-ci ilə təsdiq olunmuş xərclər smetasında müvafiq
vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. Zonalar üzrə müsabiqənin təşkili və keçirilməsinə
əməli köməklik göstərilməsi məqsədilə yerlərə ezam
olunmuş əməkdaşların ezamiyyə xərcləri müsabiqənin
xərclər smetası əsasında ödənilsin.
9. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin və əsasnamə ilə
birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində
yerləşdirsin.
11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
6 fevral 2012-ci il |