Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Fevral 2012 - №6

 

Pilot tədris proqramlarının təsdiqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın icrası ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Britaniya Şurasının rəhbərlik etdiyi konsorsium tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin və "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 77 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. İlk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlanması üçün "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi tərəfindən hazırlanmış "Aşpaz", "Ofisiant", "Barmen", "Səyahət agenti" və "Otel resepsionisti (Mehmanxana inzibatçısı)" ixtisaslarının təhsil proqramları (kurikulumları) təsdiq edilsin (əlavə olunur).

2. Göstərilən ixtisaslar üzrə hazırlanmış kurikulumların pilot tətbiqi İsmayıllı Peşə Tədris Mərkəzində həyata keçirilsin.

3. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), Təhsil Problemləri İnstitutu (A.Mehrabov) göstərilən ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə əlaqədar İsmayıllı Peşə Tədris Mərkəzinə əməli kömək göstərsinlər.

4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və İqtisadiyyat şöbəsi (Ş.Əliyev) əmrin icrasından irəli gələn məsələləri həll etsinlər.

5. İsmayıllı Peşə Tədris Mərkəzinin direktoruna tapşırılsın (Z.Muradov):

5.1. Rəhbərlik etdiyi müəssisədə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqini təmin etsin.

5.2. Əmrin icrası ilə əlaqədar rəhbərlik etdiyi təhsil müəssisəsində işçilər, təhsilalanlar və valideynlər arasında izahat işlərinin aparılmasını təmin etsin.

5.3. Dərs cədvəlinin pedaqoji prinsiplərə uyğun tərtib edilməsinə nail olsun.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
6 fevral 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov