| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 
						aprel tarixli 2090 nömrəli sərəncamı (Azərbaycan 
						Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 
						346; 2009, № 6, maddə 424) ilə təsdiq edilmiş 
						"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici 
						ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda aşağıdakı 
						dəyişikliklər edilsin: 
						
						1. 3.5-ci bəndin üçüncü yarımbəndində "təsdiq edilmiş" 
						sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti 
						yanında Təhsil üzrə Komissiya tərəfindən" sözləri əlavə 
						edilsin. 
						
						2. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici 
						ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın həyata 
						keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 8.4.1-ci 
						yarımbəndinin "Monitorinq göstəriciləri" sütununda "tərtibi" 
						sözü "Azərbaycan Respublikasının Prezidenti yanında 
						Təhsil üzrə Komissiya tərəfindən təsdiqi" sözləri ilə 
						əvəz edilsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 7 fevral 2012-ci il
 |