| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar 
						Respublikasının ərazisində orta ixtisas təhsilli 
						kadrlara olan tələbatın daha dolğun ödənilməsi məqsədi 
						ilə   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Naxçıvan Muxtar Respublikasının ərazisində orta 
						ixtisas təhsili müəssisələrinin, o cümlədən xüsusi 
						təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd 
						xidməti istisna olmaqla) orta ixtisas təhsili 
						müəssisələri yaratmaq səlahiyyəti Naxçıvan Muxtar 
						Respublikası Ali Məclisinin sədrinə verilsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						2.1. üç ay müddətində Azərbaycan Respublikası 
						Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması 
						ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan 
						Respublikasının Prezidentinə təqdim etsin; 
						
						2.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər 
						Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama 
						uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan 
						Respublikasının Prezidentinə məlumat versin; 
						
						2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ 
						hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını 
						nəzarətdə saxlasın və bunun icrası barədə beş ay 
						müddətində Azərbaycan Respublikasının Prezidentinə 
						məlumat versin; 
						
						2.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 7 fevral 2012-ci il
 |