Nərmin xanım Tahirzadənin (1921-2012) müqəddəs ruhuna
bağışlayıram
Yazardan
bir neçə söz
"525-ci qəzet"də mənim "Bismillah" adlı daimi rubrikam
var. Orada Azərbaycanın indi adı və xidmətləri unudulmuş
görkəmli kişiləri haqqında bilgilərə ilk dəfə "bismillah"
deyilir. "Azərbaycan müəllimi" qəzetində də eyni
məzmunlu, ancaq təhsil tariximizlə bağlı yazılarla çıxış
etmək qərarına gəldim. "Azərbaycan müəllimi"ndə "Təhsil
tariximiz: yeni bilgilər" adlı rubrika açmağı uyğun
saydım. Beləliklə, Azərbaycan müəllimlərinin bu ali nəşr
orqanında verəcəyim yazılarda ya indiyədək
tanımadığımız, ya bütünlüklə unutduğumuz, ya da haqqında
çox az bilgimiz olan təhsil, maarif xadimlərimizdən söz
açılacaq. Başlıca olaraq arxiv bəlgələrinə dayanacaq
həmin yazıların təhsil tariximizin indiyədək qaranlıq
qalmış sahələrini aydınlatması başlıca hədəfimdir.
Azərbaycanlılar niyə "az oxuyub"?
Özəlliklə XX yüzilin başlanğıcından üzübəri hay-küylə
gələrək mətbuatda və bədii ədəbiyyatda möhkəm oturuşan,
bu günün özündə belə tez-tez üzləşdiyimiz belə
düşüncələr mövcuddur:
- biz azərbaycanlılar (Azərbaycanın bütün müsəlman
əhalisi) çar və sovet dönəmlərində qonşu gürcülərdən və
ermənilərdən mədəniyyətcə geri qalmışıq;
- bizim ali və orta təhsillilərimiz onlarınkından
müqayisəolunmaz dərəcədə azdır;
- ermənilər və gürcülər çoxlu qəzet-jurnallar nəşr
etdikləri halda biz bu sahədə də həddən artıq geridəyik;
- biz savadlı mütəxəssislər yetişdirə bilmədiyimizə görə
Azərbaycanın dövlət idarələrində ermənilər və başqa yad
millətlər üstünlük təşkil edib və b. və s. və i.
Ən pisi odur ki, bu fikirlər irəli sürülərkən
millətimizin bacarıqsızlığı təsəvvürü yaradılır, guya
erməni və gürcülərin bizdən daha qabiliyyətli olduğu
beyinlərə yeridilir, soydaşlarımızda özünəinam duyğusu
yaralanır.
Bəli, deyilən fikirlərin hamısı fakt olaraq doğrudur,
ancaq bilməliyik ki, bunun günahı BİZdə yox, BİZə qarşı
yönəlmiş DÖVLƏT SİYASƏTİndə olub! Düzdür, bizdən sayca
qat-qat az olan erməni və gürcülərin istər çar, istərsə
sovet dönəmlərində ali təhsilli mütəxəssisləri,
alimləri, dövlət qulluqçuları, mətbuat orqanları...
qat-qat çox olub. Ancaq bunun təqsiri bizdəydimi? Əsla
yox! Özəlliklə çar dövründə bütün MÜSƏLMANların (deməli,
o sıradan bizim də) ali məktəbdə oxumasını, onların
milli orta və ibtidai məktəblər yaratmasını, mətbuat
orqanları açmasını... rəsmi qanunlar və gizli
göstərişlər ciddi şəkildə əngəlləyirdi. Hacı Zeynalabdin
Tağıyev kimi nüfuzlu bir kişinin qızının ali məktəbə
götürülməməsi, bu işə yalnız general Balakişi
Ərəblinskiyə görə razılıq verilməsi, Həbib bəy
Mahmudbəyli və Sultanməcid Qənizadənin Bakıda rus-Türk
məktəbi (ona elmi ədəbiyyatımızda daha çox "rus-tatar
məktəbi" deyilir, ancaq "tatar" sözü rusca qaynaqlarda "Türk"ün
qarşılığı kimi işlədildiyinə görə "rus-Türk məktəbi"
ifadəsi daha doğrudur) açarkən qarşılaşdıqları
məşəqqətlər, Həsən bəy Zərdabi başda olmaqla onlarca
ziyalımızın mətbuat orqanları yaratmaq istərkən dövlət
idarələrinin qapılarına illərcə təpik döyməsi, onların
ərizələrinin inadla rədd edilməsi... tarixi gerçəklik
deyilmi? Halbuki Rusiyanın XRİSTİAN əhalisi, o sıradan
gürcülər və ermənilər üçün bütün qapılar taybatay
açıqdı. Xüsusən Pyotrun vəsiyyətinə əsasən erməniləri
Qafqazda həlledici qüvvəyə çevirməyə çalışan çarizm və
kommunistlər onlar üçün ən imtiyazlı şərait
yaratmışdılar.
Mən Sankt-Peterburq Mərkəzi Tarix Arxivindəki sənədlərlə
tanış olarkən heyrət içində qaldım - 1870-1880-ci illər
arasında o boyda Peterburq Universitetində yalnız BİR
NƏFƏR müsəlman oxuyub, halbuki həmin illərdə orada
təhsil alan erməni tələbələrin sayı az qala ruslarınkına
bərabərdi! Başqa illərə aid göstəricilər də ürəkaçan
deyil. Müsəlmanlar tələbələr sırasına qəbul edilsələr də
ən müxtəlif səbəblər üzündən onlar təhsili II-III, hətta
IV-V kurslardan yarımçıq qoymağa məcbur olublar/ediliblər,
halbuki erməni və gürcülər əsasən sonadək oxuyaraq
diplom alıblar. Belə bir durumda özümüzü suçlaya
bilərikmi?!
Sankt-Peterburq arxivlərində çalışarkən başımızı dik
tutduracaq çox fərəhli bir hal müəyyənləşdirdim - Rusiya
imperiyası üzrə təkcə Peterburq Universitetində oxuyan
bütün müsəlman tələbələrin YARIDAN ÇOXU Azərbaycan
Türküdür! Buna şübhəsi olan istənilən oxucuya dəqiq
siyahı göstərə bilərəm.
Dadaş Bünyadzadənin 62 ali təhsillisi
Sovet dönəmində Azərbaycanın maarif komissarı/naziri
olmuş Dadaş Bünyadzadə qurultayların birində təntənəli
şəkildə bəyan edib: bu gün Azərbaycanda 62 nəfər ali
təhsilli adam var! Azərbaycanın ali təhsil tarixindən
yazanların çoxu bu rəqəmi indiyədək təkrar etməkdədir.
Ən pisi də odur ki, deyilən fikir daha yanlış bir
istiqamətə yönəldilib -Azərbaycanda 1920-ci ilədək guya
cəmi 62 nəfər ali təhsil alıb!
Kommunist komissarların o dönəmdə Azərbaycanda
güllələdikləri Xudadat bəy Rəfibəyli, Müseyib bəy
Axicanov, Abuzər bəy Rzayev... kimi, terrorla aradan
götürdükləri Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,
Həsən bəy Ağayev... kimi, Türkiyə, İran, Avropa və
Amerikaya cəlayi-vətən etdikləri Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev, Əbdüləli bəy Əmircanov...
kimi onlarca ali təhsillimiz, əlbəttə, Dadaş
Bünyadzadələrin siyahısına düşə bilməzdi! Ana dilində
də, rusca da adını belə əməlli-başlı yazmağı bacarmayan
təhsil naziri Bünyadzadənin təhsilə "atalıq etdiyi",
acından qarnı quruldayan şalvarıcırıq, mədəniyyətsiz
proletkultçuların "Doloy Nizamilər, doloy Füzulilər!
Bizə Verxarnlar, Uitmenlər, Mayakovskilər lazımdır!"
hayqırdığı bir dönəmdə Azərbaycanda mədəniyyət və savad
deyilən şeyin olmadığı, bunu bizə yalnız 1920-nin 28
aprelindən sonra Rusiyadan gətirildiyi ən yüksək
kürsülərdən və ən yüksək səslə bağırılırdı. Bu bağırtını
70 il eşitdik! Ulu Tanrıya şükürlər olsun ki, bu gün
Azərbaycanımız müstəqildir və tarixi gerçəklikləri elmi
şəkildə ortaya qoymağa imkanımız var.
Bəs gerçəklik nə deyir?
Hər şeydən öncə bunu bildirmək vicdan borcumdur ki,
Azərbaycanda ali təhsil tarixinin öyrənilməsində ən
ciddi addımı Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı,
tarix elmləri namizədi mərhum Nərmin xanım Tahirzadə
(1921-2012) atıb. O, keçmiş SSRİ-nin demək olar ki,
bütün paytaxt və mərkəzi şəhərlərindəki ən böyük dövlət
arxivlərində uzun illər boyu çalışaraq çar dönəmində
Rusiya ali məktəblərində oxumuş azərbaycanlı ali
tələbələr haqqında ilk dəfə geniş bilgi toplayıb və
çoxsaylı elmi məqalələrində bu haqda ətraflı danışıb.
Onun yazılarının böyük qismi 2009-cu ildə Bakıda rusca
nəşr edilmiş "Azərbaycan ziyalılarının tarixindən" adlı
kitabında toplanıb. Çox xoşdur ki, Təhsil Nazirliyi
Nərmin xanımın bütün əsərlərinin ana dilimizə çevrilərək
nəşr edilməsinin vacibliyini irəli sürüb.
Nərmin xanım 1920-ci ilədək ali təhsil almış xeyli
soydaşımızı müəyyənləşdirərək onlar haqqında həm
tərcümeyi-hal oçerkləri, həm də ümumi icmal məqalələri (hüquqşünaslar,
mühəndislər, həkimlər və b. haqqında) yazıb. Bunlardan
başqa, onun hələ məqaləyə çevrilməmiş çoxlu pərakəndə
qeydlərində bir çox adlar göstərilib. Aşağıda oxuculara
təqdim etdiyim siyahıdakı adların böyük qismi Nərmin
xanımın məqalə və qeydlərindən götürülüb.
Mənim özüm uzun illər boyunca ən müxtəlif qaynaqlardan
Azərbaycanın 1920-ci ilədək ali təhsil almış övladları
haqqında bilgilər toplamaqdayam. Azərbaycanın demək olar
ki, bütün dövlət arxivlərində, Sankt-Peterburq və Tiflis
arxivlərində şəxsən çalışaraq, Moskva, Ankara və
İstanbul arxivlərindən İnternet vasitəsiylə bu mövzuyla
bağlı xeyli material əldə etmişəm. İnşallah, onları da
yaxın gələcəkdə "Azərbaycan müəllimi"nin oxucularına
çatdırmaq niyyətindəyəm.
Aşağıda verilən siyahının bir çox yeniliyi var:
1) 1920-ci ilədək ali məktəblərdə oxumuş bu qədər
(400-dən artıq!) soydaşımızın siyahısı ilk dəfə üzə
çıxarılır.
2) Ali məktəbdə oxuyanların hamısının ixtisaslar üzrə
dəqiq bölgüsü ilk dəfə aparılır.
3) Tələbələrin dəqiq adı, atasının adı, soyadı,
doğum-ölüm illəri və təhsil tarixi ilk dəfə verilir.
Əlbəttə, bu siyahının da əyər-əskiyi olacaq, gələcək
araşdırmalar bir çox əlavələr, düzəlişlər edəcək, ancaq
indiki halda əldə olan maksimum bilgi burada cəmləşib.
Siyahıya diplom alanlarla (təhsili başa vuranlarla)
yanaşı, ali təhsil ocağına qəbul olunaraq orada müəyyən
müddət oxumuş bütün soydaşlarımız da salınıb. Onların
çoxu 1920-ci ildə sağdı.
Bir məsələni də oxucuların diqqətinə çatdırmaq istəyirəm
- siyahıda ali ruhani təhsil almış soydaşlarımızın adı
ayrıca bölgüdə göstərilib. Çox təəssüf ki, indiyədək ali
təhsil tariximizi araşdıranlar ali dini təhsilliləri
gözardı edərək onları əhəmiyyətsiz sayıblar. Ancaq Hacı
Seyid Əzim Şirvani kimi dövrünün başlıca dünyəvi və dini
elmlərinə yiyələnmiş, Azərbaycanın təhsil sisteminə
mühüm töhfələr vermiş, Sabir, Hadi, Səhhət kimi milli
şairlərin formalaşmasında mühüm rolu olmuş bir şəxsi
Avropa diplomu olmadığına görə ali təhsillilər
siyahısından silmək gülünc deyilmi?! Bağdad, Nəcəf, Şam,
Qahirə... kimi Şərq şəhərlərində ali təhsilini başa
vuran başqa yurddaşlarımız da xalqımızın
maariflənməsində, ictimai problemlərimizin həllində öz
müsbət sözlərini demişlər. Ona görə də ali dini
təhsillilərimizin də müəyyənləşdirilərək xalqa
tanıdılması vacibdir.
Ən sonda oxuculara bir xatırlatma - siyahıdan
yararlanarkən nəzərə almaq gərəkdir ki, ali məktəbin
adından sonrakı rəqəm məktəbi bitirmə tarixini, mötərizə
içərisində göstərilənsə təhsilin yarımçıq qaldığını,
tələbənin yalnız oxuduğu illəri bildirir. Məsələn, "Peterburq
Universiteti, 1910" tələbənin universiteti 1910-cu ildə
bitirdiyini, "Peterburq Universiteti (1910-1914)" isə
tələbənin təhsilinin hansı səbəbdənsə yarımçıq qaldığnı,
onun məktəbdə yalnız 1910-1914-cü illərdə oxuduğunu
göstərir.
Hörmətli oxucuların bu yazıdakı fikirlərlə və siyahı ilə
bağlı düşüncələrini bildirməsini arzu edərdim.
Azərbaycanda 1920-ci ilədək ali təhsilli mütəxəssislər
Mühəndislər
1. Abdullabəyov Mirzə İbrahim - ali texniki təhsilli
(1900-cü ilədək)
2. Abdullayev Əsədullah Hacıbala oğlu (1885-1961) -
Peterburq Mülki Mühəndislər İnstitutu, 1914
3. Axundov Ağa Əbdülxalıq oğlu (1882-1949) - Kiyev
Politexnik İnstitutu, 1905; Lyej Universiteti (Belçika),
1908
4. Axundov Hacıbaba bəy Molla Məhəmməd oğlu (1884-1919)
- Kiyev Politexnik İnstitutu, 1907
5. Axundov Rəhim bəy Mustafa oğlu - Moskva Universiteti
(oxuyub)
6. Axundov (Sultan)mahmud bəy Heydər bəy oğlu
(1890-1934) - Kiyev Politexnik İnstitutu, 1911
7. Axundzadə/Axundov Rəşid bəy Mirzə Fətəli oğlu
(1854-1909) - Brüsseldə oxuyub (1874-1882), Peterburq
Yol Mühəndisləri İnstitutu, 1884
8. Aşurov Ağa Hacı Aslan oğlu (1880-1936) - Drezden və
Darmştadt (Almaniya), elektrik mühəndisi, 1905-ci ilədək
9. Atamalıbəyov Abbas bəy Seyfulla bəy oğlu (1896-1971)
- Peterburq Politexnik İnstitutu, 1914 (oxuyub)
10. Bağırov Haman (1873-1918) - ali təhsilli mühəndis
11. Bakıxanov Balaxan - Almaniyada toxuculuq üzrə ali
təhsil alıb (1900-cü illər)
12. Behbudov Lütfəli bəy Rəhim bəy oğlu (1879-1918) -
Peterburq Texnologiya İnstitutu, 1903
13. Bəylərbəyov Ələsgər bəy Rəhim bəy oğlu (1883-1949) -
Varşava Politexnik İnstitutu (oxuyub), Moskva Texniki
Məktəbi, 1912
14. Cavanşir Behbud xan Azad xan oğlu (1886-1921)
Frayberq Dağ-Mədən Akademiyası (Almaniya), 1912
15. Əfəndiyev Əbdülqədir Molla Şüeyb oğlu (1877-?) -
Peterburq Mülki Mühəndislər İnstitutu, 1906
16. Əfəndiyev Məhəmmədəmin Molla Mustafa oğlu (1897-?) -
Peterburq Universiteti, 1917 (1-ci kurs)
17. Əfəndiyev Rəhim - ali texniki təhsilli (1900-cü
ilədək)
18. Əhmədbəyov Zivər bəy Gəray bəy oğlu (1873-1925) -
Peterburq Mülki Mühəndislər İnstitutu, 1902
19. Əliverdibəyov Ağalar bəy Əliəkbər bəy oğlu
(1872-1953) - Varşava Politexnik İnstitutu, Peterburq
Yol Mühəndisləri İnstitutu (oxuyub)
20. Əliyev Niyaz (?-1972-dən sonra) - Almaniya,
avtomobil mühəndisi
21. Əlizadə Ağacavad Nəsrulla oğlu (Ağacavad Baykal) -
Darmştadt (Almaniya)
22. Əlizadə (Əliyev) İbad(ulla) Ağaməli oğlu (1879-1938)
- Riqa Politexnik İnstitutu, 1909
23. Əminov Ağa Məşədi Ağakərim oğlu (1888-1922) -
Peterburq Politexnik İnstitutu, 1916
24. Əzizbəyov Məşədi Əziz bəy oğlu (1876-1918) -
Peterburq Texnologiya İnstitutu, 1908
25. Hacıqasımov Musa bəy (1886-1935) - Peterburq Mülki
İnşaat Mühəndisləri İnstitutu, 1918
26. Hacınski Ənuşirvan - Kotbus (Almaniya)
27. Hacınski Məhəmmədhəsən Cəfərqulu oğlu (1875-1931) -
Peterburq Texnologiya İnstitutu, 1902
28. Hacıyev Tağı - ali texniki təhsilli (1910-cu ilədək)
29. Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu (1870-1933)
- Peterburq Yol Mühəndisləri İnstitutu, eyni zamanda
Peterburq Universiteti, 1899
30. Heydərov İbrahim bəy İsa bəy oğlu (1879-1949) -
Peterburq Yol Mühəndisləri İnstitutu, 1907
31. Heydərov Ömər bəy İsa bəy oğlu (1884-1973) -
Peterburq Mülki Mühəndislər İnstitutu, 1915
32. Həmzəyev Xalid - Peterburq Universiteti, 1912 (oxuyub)
33. Həmzəyev Dadaş Hacıbaba oğlu - Peterburq Politexnik
İnstitutu, 1910 (oxuyub)
34. Həyatov Cavad bəy Məşədi Əhməd oğlu (1874-1942) -
Peterburq Texnologiya İnstitutu, 1913
35. Həyatov Məşədi Hüseyn Məşədi Əhməd oğlu (1871-1925)
- Peterburq Texnologiya İnstitutu (oxuyub), Peterburq
Dağ İnstitutu (bitirib)
36. Hüseynov Sadıq Cavad oğlu (1883-1952) - Darmştadt (Almaniya)
Ali Texniki Məktəbi, 1910
37. Xanlarov Ağalar bəy (1866-1934) - Riqa Politexnik
İnstitutu (bitirib)
38. Xanlarov Mövsüm bəy Məhəmməd bəy oğlu (1857-1921) -
Strasburq Universiteti, 1882
39. İsmayılov Mehdi Ağacəfər oğlu (1888-1951) - Moskva
Kommersiya İnstitutu, 1917 (?)
40. Kərimov Abbas Qurbanqulu oğlu (1890-1954) - Moskva,
ali təhsilli (1900-cü illər)
41. Kərimov Abbasəli Hacı Balakərim oğlu (1879-19??) -
Peterburq Texnologiya İnstitutu, 1912
42. Qacar Şahqulu Mirzə Bəhmən Mirzə oğlu - Peterburq
Dağ-Mədən Mühəndisləri İnstitutu, 1898
43. Qasımov Muxtar Heybət oğlu - Varşava Politexnik
İnstitutu, 1915
44. Qayıbov Nadir bəy Hüseyn əfəndi oğlu (1874-?) -
Peterburq Yol Mühəndisləri İnstitutu, 1894 (oxuyub)
45. Qazıyev Teymur - Kiyev Politexnik İnstitutu
46. Qəzənfərov Həsən - Peterburq Yol Mühəndisləri
İnstitutu, 1885
47. Ləmbəranski İsmayıl bəy Əbdüləziz oğlu (1882-1947) -
Peterburq Texnologiya İnstitutu, 1915
48. Mahmudbəyov Ağalar bəy (1884-1938) - Darmştadt (Almaniya)
Ali Texniki Məktəbi, 1908
49. Mahmudbəyov Bəylər bəy - Peterburq Politexnik
İnstitutu, 1909 (?)
50. Mehmandarov İsaq bəy Sadıq bəy oğlu (1857-1916) -
Peterburq Yol Mühəndisləri İnstitutu, 1884
51. Mehmandarov Teymur bəy Abbas (Ağa) bəy oğlu (1871-?)
- Peterburq Texnologiya İnstitutu, 1898
52. Məhəmmədbəyov Mahmud bəy Hacı Əli bəy oğlu
(1885-11.9.1931) - SPb. Elektrotexnika İnstitutu, 1914
53. Məhəmmədbəyov (Cavanşir) Yusif xan Məhəmmədəli xan
oğlu (1866-1934) - Peterburq Universiteti, Peterburq Yol
Mühəndisləri İnstitutu (bitirib)
54. Məlikaslanov Xudadat bəy Ağa bəy oğlu (1879-1935) -
Peterburq Yol Mühəndisləri İnstitutu, 1904
55. Məlikaslanov Teymur bəy Ağa bəy oğlu (1889-1974) -
Peterburq Yol Mühəndisləri İnstitutu, 1918
56. Məlikov Midhət bəy Həsən bəy Zərdabi oğlu
(1879-1937) - Köln (Almaniya) Böyük Hersoq Politexnik
İnstitutu, 1901
57. Mirzəyev Mirzə Lətif Mirzə Həsən oğlu (1879-1940) -
Peterburq Yol Mühəndisləri İnstitutu, 1908
58. Mustafabəyov Bala bəy - Leypsiq (Almaniya)
59. Mustafabəyov Məşədi Ağa bəy İrza bəy oğlu
(1874-1916) - Peterburq Texnologiya İnstitutu, 1901
60. Rəhimli Rəsul (1891-1958) - Almaniyada texniki ali
təhsil alıb
61. Rüstəmbəyov Baxış bəy Əsəd bəy oğlu (1870-1942) -
Peterburq Texnologiya İnstitutu, 1899
62. Rüstəmbəyov Əsəd bəy İsgəndər bəy oğlu (1878-?) -
Peterburq Texnologiya İnstitutu, 1903
63. Rüstəmbəyov Fətulla bəy Əsəd bəy oğlu (1867-1946) -
Peterburq Texnologiya İnstitutu, 1893
64. Rüstəmbəyov Şahbaz bəy Əsəd bəy oğlu (1881-1954) -
Peterburq Texnologiya İnstitutu, 1909
65. (İr)zayev Abuzər bəy Əsgər bəy oğlu (1876-1920) -
Moskva Texniki Məktəbi, 1899
66. (İ)rzayev (İ)rza bəy - ali texniki təhsilli (1910-cu
ilədək)
67. Sultanov Çingiz İldırım oğlu (Çingiz İldırım)
(1890-1937) - Peterburq Politexnik İnstitutu, 1916
68. Sultanov Fətəli bəy Nəcəfqulu bəy oğlu
(1845-1904-dən sonra) - Peterburq Yol Mühəndisləri
İnstitutu, 1870
69. Sultanov Həmid Həsən oğlu (1889-1938) - Leypsiq
Politexnik İnstitutu, 1913
70. Sultanov Rüstəm bəy Paşa bəy oğlu (1875- 1941) -
Peterburq Texnologiya İnstitutu, 1897
71. Şeyxülislamzadə Əkbər ağa İbrahim ağa oğlu
(1891-1961) - Peterburq Yol Mühəndisləri İnstitutu, 1917
72. Talışxanov Hüseyn bəy Mirəli xan oğlu (1868-1920) -
Peterburq Texnologiya İnstitutu, 1897
73. Tarıverdiyev Hidayət - Kiyev Politexnik İnstitutu,
1912-ci ilədək
74. Verdiyev Əli Səməd oğlu (1891-1957) - Paris
Politexnik İnstitutu, 1914
75. Vəkilov Faris bəy İbrahim ağa oğlu (1886-1983) -
Peterburq Texnologiya İnstitutu, 1915
76. Vəkilov Səməd ağa Əhməd ağa oğlu (1871-1943) -
Peterburq Universiteti, Peterburq Yol Mühəndisləri
İnstitutu, 1899
77. Vəzirov Cəmil bəy İsmayıl bəy oğlu (1886-1943) -
Kiyev Politexnik İnstitutu, 1917 (III kurs)
78. Vəzirov Fərrux bəy Həmid bəy oğlu (1861-1920) -
Peterburq Dağ-Mədən İnstitutu, 1886
79. Yusifxanov Məhəmməd(rza) Mirzə Əli oğlu - Lyej
Universiteti (Belçika), 1910
İqtisadçılar
80. Cəfəroğlu Əhməd (1889-1975, İstanbul) - Kiyev
Kommersiya İnstitutu (1916-1918)
81. Cəfərov Tağı - Berlin Universitetinin iqtisad
fakültəsi, 1913
82. Əlizadə Zeynal Hacıağa oğlu (1895-1937) - Moskva
Kommersiya İnstitutu (1916-18); ali təhsilini İtaliyada
başa vurub
83. Hacınski Camo bəy Süleyman bəy oğlu (1888-1942) -
Peterburq Universiteti, 1914
84. Hüseynov Mirzə Davud Bağır oğlu (1894-1938) - Moskva
Kommersiya İnstitutu, 1917
85. Qayıbov Cahangir Hüseyn oğlu (1882-1942) - Moskva
Lazarev İnstitutu, 1909
86. Qazıyev Teymur bəy (?-?, Türkiyə)
87. İbrahimov Nadir Bağır oğlu (1895-1938) - Moskvada
ali təhsil alıb
88. İsmayılov Mehdi bəy Ağasəf oğlu (1888-1951) - Moskva
Kommersiya İnstitutu, 1917
89. Kərimov Həbib (1883-?) - Leypsiq (Almaniya) İqtisad
İnstitutu (bitirib)
90. (Mir)mehdiyev (Mir)yaqub Mir(əbdül)əziz oğlu
(1891-1952) - Peterburq Politexnik İnstitutu, 1915
91. Məhəmmədov Abdulla Məşədi Hüseyn oğlu (1896-?) -
Peterburq ali kommersiya kursları, 1910
92. Məhərrəmov Məhəmməd bəy Hacı Bayram oğlu
(1896-1982) - Peterburq Politexnik İnstitutu, oxuyub
(1915)
93. Məlikov Məhəmmədhəsən - Peterburq Universiteti,
oxuyub (1911)
94. Mirbağırov Mirhüseyn Hacı Mircəfər ağa oğlu
(1896-1970) - Moskva Kommersiya İnstitutu
95. Mirzəcamalov Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu (Hüseyn
Camal Yanar) (1884-1974) - Kiyev Universiteti, 1910
96. Mustafabəyov (Şirvani) Əliheydər bəy İbad bəy oğlu
(1894-?) - Moskva Kommersiya İnstitutu, 1913
97. Mustafabəyov Mabud bəy - Odessa 3-illik mühasiblik
kursları, 1908
98. Sadıqov Ağasəlim Nəcəfqulu oğlu - Strasburq
Universiteti (1912-də oxuyurdu)
99. Səfərəliyev Tağı bəy Hacı Hüseynqulu bəy oğlu
(1877-1934) - Riqa Politexnik İnstitutu
100. Səlimov Mirzəmüseyib (?-1975) - Moskva Kommersiya
İnstitutu, 1914
101. Sultanov Əliəşrəf - Moskva Kommersiya İnstitutu,
1912-ci ildən sonra
102. Şabanov Rza Xəlil oğlu (Rza Həqqi)
103. Şərifzadə Əziz Qurbanəli oğlu (Əziz Şərif)
(1895-1989) - Moskva Kommersiya İnstitutu (1915-17)
104. Tağıyev Bağır Səməd oğlu (1890-1976) - Moskva
Kommersiya İnstitutu, 1917
105. Tağıyev Zeynalabdin Sadıq oğlu (1893-1940) -
Peterburq Politexnik İnstitutu, 1915
Hüquqşünaslar
106. Ağabababəyov-Muğanlinski Abbasəli bəy Ağababa bəy
oğlu (1861-1961) - Peterburq Universiteti
107. Ağabababəyov Əsəd bəy Hüseyn bəy oğlu (1891-19??) -
Moskva Universiteti, 1916
108. Ağabəyov (İ)rza bəy Həzrət bəy oğlu (1894-1961) -
Moskva Universiteti, bitirib
109. Ağayev İsmayıl Hüseynqulu oğlu (1885-1943) - Moskva
Universiteti, 1916
110. Adıgözəlov Baxşəli bəy İsgəndər ağa oğlu
(18??-1960) - Peterburq Universiteti
111. Adığozəlov İmamverdi bəy İsgəndər bəy oğlu
(1889-1937?) - Peterburq Universiteti, 1916
112. Axicanov Müseyib bəy Qəhrəman bəy oğlu (1892-1920)
- Kiyev Universiteti, bitirib
113. Axundov Əsədulla (1885-1939) - Kiyev Universiteti,
1914
114. Axundov Fətəli (1883-1939) - Peterburq, Xarkov
universitetləri, 1902
115. Axundov İsgəndər bəy Mirzə Əbdülhüseyn oğlu
(1862-1933) - Krakov Yagilon Universiteti (Polşa), 1890
116. Axundov İsmayıl Molla Abbas oğlu (1844-təx. 1900) -
Peterburq Universiteti, 1869
117. Axundov Rüstəm (1874-1937) - Xarkov Universiteti,
1905
118. Axundzadə Rəşid bəy Axund Əbdüssalam oğlu
(1879-1940) - Kiyev Universiteti, 1912
119. Aslanov Nurulla - 1912-ci ilədək
120. Cəfərov Qasım (Əbdülqasım) bəy Cəfər bəy oğlu
(1887-1952) - Paris (1910-11); Peterburq Politexnik
İnstitutu, 1915; Peterburq Universiteti, 1916 (ekstern)
121. Cəfərov Məhəmmədyusif Hacıbaba oğlu (1885-1938) -
Moskva Universiteti, 1912
122. Dadaşov Abbas (1885-?) - Xarkov Universiteti, 1908
123. Əfəndizadə Səməd əfəndi - Peterburq Universiteti
(?), 1907
124. Əlibəyov Mustafa bəy Mirzə Cabbar bəy oğlu
(1868-1943)
125. Əlibəyov Sabir bəy Ağasəlim bəy oğlu (1886-1966) -
Peterburq Universiteti, 1912; Qazan, 1913
126. Əliyev Əkbər Hüseyn oğlu - Moskva Universiteti,
1918-ci ilədək
127. Əliyev İbrahim Mahmud oğlu (1890-1938) - Moskva
Universiteti
128. Əminov Mustafa bəy Əli ağa oğlu (1877-1907) -
Peterburq Universiteti, 1902
129. Əmiraslanov Mustafa Hacıbala oğlu
130. Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu (1874-1948)
- Tiflis Müəllimlər İnstitutu, 1890; Moskva Universiteti,
1899
131. Əmircanov Həşim bəy Şirəli bəy oğlu (1879-1918) -
Peterburq Universiteti, 1908
132. Əmirov Azad bəy Abbas bəy oğlu (1889-1939) -
Novorossiysk, Moskva universitetləri, 1915
133. Fiqarov Hacı Həsən Hacı Əlimərdan oğlu (1890-?) -
Peterburq Universiteti, 1915 (I kurs)
134. Hacıbəyli Ceyhun bəy Əbdülhüseyn bəy oğlu
(1891-1962) - Peterburq, Varşava, Paris (Sorbon), 1915
135. Hacıbəylinski İslam bəy Abbasqulu bəy oğlu (1887-?)
- Peterburq Universiteti, 1912; Qazan Universiteti, 1913
136. Hacıqasımov Yusif ağa Mahmud ağa oğlu
(1888-1940-dan sonra) - Moskva, 1916
137. Hacınski Sadıq bəy İsa bəy oğlu (1887-1929, Paris)
- Peterburq Universiteti, 1913; Qazan, 1916
138. Hacıyev İsgəndər Kərbəlayı İsrafil oğlu (1896-?) -
Peterburq Universiteti (1913-14)
139. Heydərov Osman bəy İsa bəy oğlu (1888-1917) -
Peterburq Universiteti (oxuyub)
140. Həmzəyev Cahangir - Kiyev Universiteti
141. Xasməhəmmədov Ələkbər bəy Hacıbaba bəy oğlu
(?-1925) - Moskva Universiteti, 1893
142. Xasməhəmmədov Ələsgər bəy Hacıbaba bəy oğlu
(?-19??) - Moskva Universiteti, 1892
143. Xasməhəmmədov Xəlil bəy Hacıbaba bəy oğlu
(1875-1947) - Moskva Universiteti, 1896
144. Xoyski Rüstəm xan İsgəndər xan oğlu (1888-1948) -
Peterburq Universiteti, 1913
145. Xoyski Fətəli xan İsgəndər xan oğlu (1875-1920) -
Moskva Universiteti, 1897
146. İsmayıl Hüseynqulu oğlu (1885-1943) - Moskva
Universiteti, 1916
147. İsrafilov Əbumüslüm bəy Mirzə Cəbrayıl bəy oğlu
(1885-?) - Peterburq Universiteti, 1911 (oxuyub)
148. Kazımbəyov Bəhlul - Xarkov Universiteti, 1908
149. Kəngərlinski Əsəd bəy
150. Qacar Şəmsəddin (Şəmsi) Mirzə (1894-1979) -
Peterburq Hüquqşünaslıq İnstitutu
151. Qaragözov İsgəndər bəy
152. Qasımov Qasım Hacı Mahmud oğlu (1889-1956, Almaniya)
- Paris (Sorbon); Peterburq Universiteti, 1911
153. Qayıbov Mirzə Məhəmməd Qulu oğlu (1818-1879)
154. Qazıyev Əkbər bəy Hüseyn bəy oğlu (1894-1954) -
Moskva Universiteti, 1918
155. Qazıyev Paşa bəy İsmayıl bəy oğlu (1885-1939) -
Moskva Universiteti
156. Qazıyev Yusif - Moskva və Xarkov universitetləri,
1912-ci ilədək
157. Qədimbəyov Ələsgər - Novorossiysk Universiteti,
1887
158. Qədimbəyov Hüseyn
159. Makinski Abbas(əli) bəy Bəhram bəy oğlu - Peterburq
Universitetində oxuyub (1908)
160. Makinski Teymur bəy Məhəmmədqulu bəy oğlu
(1874-19??) - Varşava Universiteti, 1916
161. Makinski Zülfüqar bəy Məhəmmədqulu bəy oğlu
(1885-19..) - Peterburq Universiteti, 1911
162. Məhəmmədbəyov Moğbil - Moskva Universiteti, 1896
(?)
163. Mirbabayev Miryusif Hacı Mirabbas oğlu (1889-1951)
- Moskva Universiteti, 1916
164. Mirzə İbrahim xan - Peterburq Universiteti, 1910
165. Mustafayev Qara - Moskva Universiteti
166. Nərimanbəyli Nəriman bəy Haşım bəy oğlu (1889-1937)
- Moskva Universiteti (1908-11); Xarkov Universiteti,
1915
167. Paşabəyov Hüseyn bəy Əbdürrəhman bəy oğlu
(1892-1972) - Moskva Universiteti, 1915
168. Pepinov Əhmədcövdət bəy Ömər bəy oğlu (1893-1938) -
Moskva Universiteti, 1918
169. Poladxanov Paşa bəy Ağabala bəy oğlu (18..-193.) -
Moskva Universiteti, 1913
170. Rəfibəyov İsgəndər bəy Hadı bəy oğlu (1881-1909) -
Xarkov Universiteti, 1903
171. Rəfibəyov Məhəmməd bəy (1881-1953) - Peterburq,
Novorossiysk; 1921
172. Rüstəmbəyov Şəfi bəy Mustafa bəy oğlu (1893-1960) -
Kiyev Universiteti, 1916
173. R(i)zayev Məhəmmədbağır Kərbəlayı Ələsgər oğlu
(1893-?) - Moskva Universiteti, 1912 (I kurs)
174. Seyidzadə Mirhidayət ağa Miradil ağa oğlu
(1887-1919) - Qazan Universiteti (1906-1910)
175. Səfərəlibəyov Şirin bəy Hüseyn bəy oğlu - Kiyev
176. Səfikürdski Aslan bəy Ağalar bəy oğlu (1881-1937) -
Peterburq, Xarkov; 1905
177. Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu
(1884-1920) - Peterburq, 1910
178. Səfiyev Cəlil bəy Ağa bəy oğlu (1880-?) - Moskva
Universiteti, 1904
179. Səyyah Həmid (1887-?) - Moskva Universiteti, 1913
180. Sultanov-Kəngərli Cümşüd bəy İsmayıl ağa oğlu
(1845-1902) - Novorossiysk Universiteti, 1874
181. Sultanov Eynəli bəy Şölbəyi bəy oğlu (1863-1935) -
Novorossiysk Universiteti, 1913
182. Sultanov Əkbər - 1912-ci ilədək
183. Sultanov Paşa (Əlipaşa) bəy Hacı Ələkbər bəy oğlu
(1868-1942) - Novorossiysk Universiteti, 1891
184. Sultanov Əsgər - 1912-ci ilədək
185. Sultanov Hidayət bəy Eynəli bəy oğlu (1884-1938) -
Novorossiysk Universiteti, 1912
186. Sultanov Hidayət bəy Salah bəy oğlu (1876-1962) -
Moskva Universiteti, 1900
187. Sultanov İsmayıl bəy Mehdi bəy oğlu (1877-?) -
Peterburq Universiteti, 1917
188. Sultanov Mahmud bəy Salah bəy oğlu - Moskva
Universiteti, 1917
189. Sultanov Musa (Müseyib) - Novorossiysk Universiteti
190. Sultanov Nadir(şah) Abbasəli bəy oğlu (1889-?) -
Moskva Universiteti, 1913
191. Sultanov Zülfüqar bəy Nəzər bəy oğlu (1894-?) -
Peterburq Universiteti, 1915 (I kurs)
192. Şahmalıyev Əli bəy Fətəli bəy oğlu (1881-?) -
Novorossiysk Universiteti, 1907
193. Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğlu
(1879-1938) - Novorossiysk Universiteti, 1910
194. Şahmalıyev Məhyəddin bəy Fətəli bəy oğlu
(1879-19??) - Novorossiysk Universiteti, 1912
195. Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu
(1864-19??) - Novorossiysk Universiteti, 1892
196. Şahsuvarov Nurməhəmməd bəy Adilxan oğlu (1883-1958)
- Kiyev Universiteti, 1915
197. Şahtaxtinski Həmid ağa Xəlil ağa oğlu (1880-1943) -
Novorossiysk Universiteti, 1912
198. Şahtaxtinski Heydər bəy Heydər bəy oğlu (1889-19??)
- Moskva Universiteti, 1915
199. Şeyxov Fərəcullah - Moskva Universiteti, 1896
200. Şeyxzamanov İsgəndər - 1915-ci ilədək
201. Şıxəlibəyov Asəf bəy Nurəli bəy oğlu (1886-?) -
Xarkov Universiteti, 1912
202. Şıxlinski Mamay bəy (1878-1939) - Peterburq
Universiteti, Moskva Universiteti, 1914
203. Tağıyev Zeynalabdin Sadıq oğlu (1893-1940) -
Peterburq Universiteti, 1916
204. Tahirov Nəsir bəy Mirzə Həsən bəy oğlu (1864-?) -
Peterburq Universiteti, 1890
205. Tahirov Rəhim İbad oğlu (1886-?) - Xarkov
Universiteti, 1906
206. Tarıverdiyev Süleyman - Peterburq Universiteti,
1912
207. Təkinski Məhəmməd xan (1880-1938) - Novorossiysk
Universiteti, 1909
208. Topçubaşov Əlimərdan bəy Əliəkbər bəy oğlu
(1863-1934) - Peterburq Universiteti, 1888
209. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (1890-1965) -
Moskva Universiteti, 1917
210. Vəlibəyov Bahadır Qasım oğlu (1894-1940) - Kiyev
Universiteti (1912-14)
211. Vəzirov Miryusif Mirbaba oğlu (Yusif Vəzir
Çəmənzəminli) (1887-1943) - Kiyev Universiteti, 1915
212. Yusifbəyli Nəsib bəy Yusif bəy oğlu (5.7.1881-1920)
- Novorossiysk Universiteti, 1907
213. Ziyadxanov Adil xan Əbülfət xan oğlu (1877-1955) -
Moskva Universiteti, 1902
214. Ziyadxanov İsmayıl xan Əbülfət xan oğlu (1867-1920)
- Moskva Universiteti, 1893
215. Zülqədərov Əli bəy Allahyar bəy oğlu (1884-?) -
Novorossiysk Universiteti, 1903
Həkimlər
216. Abbasov Mirzə Əli Abbas oğlu (1886-1957) - Kiyev
Universiteti, 1917
217. Adıgözəlbəyov Surxay bəy Kərim bəy oğlu (1885-1938)
- Qazan, diş həkimi
218. Ağaəlizadə Hacı Fətulla - Qazan Universiteti,
1919-cu ilədək
219. Ağahüseynov Yaqub Rəhim oğlu (?-1971) - Kiyev
Universiteti, 1912
220. Ağakişibəyov Fərrux bəy Əlikişi bəy oğlu
(1879-1956) - Novorossiysk Universiteti, 1915
221. Ağayev Cahangir - Kiyev Universiteti
222. Ağayev Həsən bəy Məşədi Hüseyn oğlu (1875-1920) -
Moskva Universiteti, 1901
223. Ağayev Şükür Hacı Cəfərqulu oğlu (1887-1961) -
Qazan Universiteti, 1917
224. Axundov Aslan bəy İsgəndər bəy oğlu (1893-1957) -
Tartu (Derpt) Universiteti (Estoniya)
225. Axundov Bəhram bəy Mirzə Cəfərqulu bəy oğlu
(1872-1932) - Lill Universiteti (Fransa), 1901; Xarkov
Universiteti, 1904
226. Axundov Bəşir Salah oğlu (1882-1926) - Xarkov
Universiteti, 1912
227. Axundov Əbdülxalıq Hacı Abdulla oğlu (1863-1950) -
Erlangen Universiteti (Almaniya), 1888
228. Axundov Hüseyn Molla Abbas oğlu (1847-?) -
Peterburq Tibbi-Cərrahiyyə Akademiyası, 1876
229. Axundov Mirqiyam (1885-?) - Xarkov Universiteti,
1911
230. Axundova Xeyransa - Moskva Ali Qadın Tibb Kursları
231. Allahverdiyev Əliheydər Nəcəfqulu oğlu (1889-1972)
- Kiyev Universiteti, 1916
232. Aslanov Əmir bəy Zəkəriyyə bəy oğlu (1892-1941) -
Kiyev Universiteti, 1916
233. Babaxanov (Babayev) Baba Əsəd oğlu (1884-?) -
Xarkov Universiteti, 1906
234. Bayraməlibəyov Şirəli Ağababa oğlu (1884-1933) -
Kiyev Universiteti, 1917 (?)
235. Cavadov Əliheydər (1885-192?) - Xarkov
Universiteti, 1912
236. Cəfərov İlyas Məhəmmədhüseyn oğlu (1885-?) - Xarkov
Universiteti, 1912
237. Cəfərov Məhəmməd Cəfər oğlu (1882-?) - Xarkov
Universiteti, 1906
238. Cəfərov Məhəmmədsadıq Kərbəlayı Ağa oğlu - Kiyev
Universiteti, 1911
239. Cuvarlı Mehdi bəy Nəcəf bəy oğlu (1875-1922) -
Yuryev (Derpt) Universiteti, 1907
240. Əfəndiyev Mahmud bəy
241. Əfəndiyev Məhəd bəy Əli əfəndi oğlu (1879-?) -
Xarkov Universiteti, 1902
242. Əfəndiyev Məhəmməd İsmayıl oğlu - Qazan
Universiteti
243. Əfəndiyev Sultanməcid (1887-1938) - Qazan
Universiteti, 1915
244. Əlibəyov Əli bəy Qulu bəy oğlu (1878-1964) - Kiyev
Universiteti, 1916
245. Əlibəyov İsa bəy Bala bəy oğlu (1887-1945) - Qazan
Universiteti, 1916
246. Əlibəyova Xədicə Mustafa bəy qızı (1894-1958) -
Tiflis, Olqa Mamalıq İnstitutu, 1907
247. Əliverdibəyov Bahadur bəy Kərbəlayı Əliəkbər bəy
oğlu (1883-1953) - Xarkov Universiteti, 1912
248. Əliyev Əlimuxtar Ağakişi oğlu (1884-1954) - Kiyev
Universiteti, 1914
249. Əliyev Rüstəm (1893-1932) - Kiyev, 1917
250. Əsgərov Abbas Əsgər oğlu (1887-1956) - Kiyev, 1914
251. Hacıqasımov Mustafa Mahmud oğlu (1883-1967) -
Xarkov Universiteti, 1910
252. Hacıyev Məhəmməd Cəbrayıl oğlu (1895-1955) -
Novorossiysk Universiteti, 1916
253. Həsənbəyov Bahadur Əliəkbər oğlu (1879-1938) -
Xarkov Universiteti, 1910 (?)
254. Hüseynbəyov Fərrux bəy Məhərrəm bəy oğlu
(1876-1913) - Xarkov Universiteti, 1906
255. Hüseynov Ağa
256. Hüseynov Məhərrəm
257. Hüseynov Mirzə Abbas bəy Hacı oğlu - 1887-ci ilədək
258. Hüseynzadə (Turan) Əli bəy Molla Hüseyn oğlu
(1864-1941) - İstanbul, Məktəbi-Tibbiyyeyi-Əsgəriyyə,
1895
259. İbrahimbəyov İsfəndiyar - Xarkov Universiteti, 1916
260. İbrahimov İbrahim
261. İldırım Cabbar İldırım oğlu (1884-1968) - Peterburq
Tibbi-Cərrahiyyə Akademiyası, 1912
262. İsrafilbəyov (Qədirli) Möhsün Nəcməddin oğlu
(1892-1941) - Kiyev Universiteti, 1917
263. Kazım bəy Mirzə Aleksey Əbdüssəttar oğlu
(1859-1919) - Qazan Universiteti, 1883
264. Kazımov Ağahüseyn Kərbəlayı Ələsgər oğlu
(1882-1937) - Kiyev Universiteti, 1917
265. Kərbəlayev Hüsən İsrafil oğlu (1897-1942) - Xarkov
Universiteti, 1917
266. Kərimov Məhəmmədəli - Qazan Universiteti, 1916
267. Kəsəmənli Həsən bəy Hacı Əliş bəy oğlu (1886-?) -
Xarkov Universiteti, 1916-cı ilədək
268. Qarabəyov Qara bəy İsmayıl bəy oğlu (1874-1953) -
Moskva, Derpt, 1898
269. Qarayev Əbülfəz Fərəc oğlu (1884-1952) -
Novorossiysk Universiteti, 1912
270. Qayıbov Bahadur Hüseyn əfəndi oğlu (1818-1949) -
Xarkov Universiteti, 1903
271. Qayıbov Əli İsmayıl oğlu (1889-1960) - Xarkov
Universiteti, 1916
272. Qayıbov İlyas (1892-1940) - Kiyev Universiteti,
1917
273. Qayıbov Məhəmməd ağa Məhəmmədkərim oğlu (1883-1957)
- Novorossiysk Universiteti, 1909
274. Qədimbəyov Əziz bəy Əziz bəy oğlu (1879-?) -
Novorossiysk Universiteti, 1908
275. Qədimov Əliabbas Əli oğlu (1887-1937) - Qazan
Universiteti (1906-07), İstanbul Universiteti, 1916
276. Qəniyev Məhəmmədtağı Yusif oğlu (1887-?) - Xarkov
Universiteti, 1914-cü ilədək
277. Qiyasbəyov Mehdi (1881-?) - Xarkov Universiteti,
1902
278. Qurbanov Əliəkbər Qurban oğlu - Qazan Universiteti,
1914
279. Ləli Mirzə Əli xan Mirzəağa oğlu (1845-1907) -
İstanbul Universiteti
280. Ləmbəranski Cəmil bəy Nəsir bəy oğlu (1884-1959) -
Kiyev Universiteti, 1913
281. Mahmudbəyov Lətif bəy Əsəd bəy oğlu (1894-1972) -
Kiyev Universiteti, 1918
282. Mehdizadə Mirzə Abbasqulu Molla Əliabbas oğlu
(Abbas Səhhət) (1874-1918) - Tehran,
Mədrəseyi-Nizamiyyeyi-Nasiriyyə, 1900
283. Mehmandarov Əbdülkərim (Kərim) bəy Mustafa bəy oğlu
(1854-1929) - Peterburq Tibbi-Cərrahiyyə Akademiyası,
1877
284. Mehmandarov İbrahim bəy Sadıq bəy oğlu (1856-1934)
- Peterburq Tibbi-Cərrahiyyə Akademiyası, 1879
285. Mehmandarov Səməd bəy Sadıq bəy oğlu (1855-1931) -
Peterburq Ali Topçuluq Məktəbi, 1875
286. Mirbabayev Mirhəsən Hacı Mirabbas oğlu (1960) -
Moskva Universiteti, 1916
287. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu (1883-1958)
- Novorossiysk Universiteti, 1913
288. Mirtağıyev Mirmövsüm - Kiyev Universiteti, 1912-ci
ilədək
289. Muğanlinski Canbaxış bəy Əlinağı bəy oğlu
(18??-1942) - Varşavada tibb fak. bitirib, 1910-dan
qabaq
290. Musabəyov Qəzənfər Mahmud oğlu (1888-1938) - Kiyev
Universiteti, 1917
291. Nağıyev Ənnağı (?-1960-70, Gəncə) - Kiyev
Universiteti
292. Nərimanov Nəriman Nəcəf oğlu (1870-1924) -
Novorossiysk Universiteti, 1908
293. Ordubadski Firuz bəy Mehdi bəy oğlu (1889-1937) -
Kiyev Universiteti, 1914
294. Orxanbəyli (Əliyev) Məhəmməd bəy Mirzə Baba oğlu
(1894-1937) - Türkiyə
295. Orucov Cavad Həsən oğlu (?- 1918) - Almaniya,
Moskva; 1904
296. Rəfibəyov Xudadat bəy Əliəkbər bəy oğlu (1877-1920)
- Xarkov Universiteti, 1903
297. Rəfibəyov Qəmbər bəy Mehdi bəy oğlu (1880-1920) -
Kiyev Universiteti
298. Rəfiyev Musa bəy Hacı Məhəmmədhüseyn bəy oğlu
(1888-1938) - Xarkov Universiteti, 1911
299. Rəhimov Ağaverdi Yarəli oğlu (1895-1936) - Kiyev
Universiteti, 1918
300. Rəhimov İbrahim Molla Rəhim oğlu (1849-1927) -
Moskva, Yena (Almaniya) Universitetləri; 1881
301. Rüstəmbəyov Cəfər bəy Mustafa bəy oğlu (1884-1938)
- Xarkov Universiteti, 1910
302. Sadıqov Cəlil - Kiyev Universiteti (oxuyub)
303. Sarıcalinski Mehdi bəy Həsən bəy oğlu - Kiyev,
Moskva universitetləri, 1917
304. Seyidov Əli bəy Mirseyfəddin oğlu (1884-?) - Xarkov
Universiteti, 1911
305. Səfikürdski Ağalar bəy Ağalar bəy oğlu (1890-1966)
- Moskva Universiteti, 1917
306. Səfiyev Hüseynqulu bəy Cabbar bəy oğlu (1879-?) -
Moskva Universiteti, 1904
307. Səlimbəyov Məhəmmədəli bəy - Qazan Diş Həkimliyi
İnstitutu, 1904 (?)
308. Səlimxanov Zeynal bəy Ağa bəy oğlu (1885-?) -
Moskva Universiteti (oxuyub)
309. Sultanov Abbas bəy Ağalar bəy oğlu (1895-1938) -
Kiyev Universiteti (1915-17)
310. Sultanov Bahadur bəy Salah bəy oğlu (1889-?) -
Xarkov Universiteti, 1915
311. Sultanov Bəybala - Moskva Universiteti, 1902
312. Sultanov Cabbar - Yuryev (Derpt) Baytarlıq
İnstitutu, Xarkov Universiteti (1908-09)
313. Sultanov Xosrov bəy Paşa bəy oğlu (1879-1941) -
Novorossiysk Universiteti, 1903
314. Sultanov Kərim Ağa bəy oğlu (1889-1918) - Xarkov
Universiteti, 1915-16 (?)
315. Sultanov Məhəmmədtağı Polad oğlu (1886-1963) -
Kiyev Universiteti, 1914
316. Sultanov Məlik Qasım oğlu (1880-1939) - Moskva
Universiteti, 1908
317. Sultanov Rza
318. Şahbazi Tağı Abbas oğlu (1892-1937) - Kiyev
Universiteti, 1917
319. Şahmalıyev Firidun Fərhad bəy oğlu (1887-?) -
Xarkov Universiteti, 1908
320. Şahsuvarov Əliəkbər Kərim oğlu (1877-?) -
Novorossiysk Universiteti
321. Şahtaxtinski Əsədulla - Derpt Universiteti, 1907;
Kiyev Universiteti, 1913
322. Şahtaxtlı Leyla İsa sultan qızı (1886-1907) -
Tiflis Nücəba Qızlar İnstitutu (1904); İsveçrə
Universiteti (1906-07)
323. Şərifov Mustafa İsmayıl oğlu (1875-1952) - Xarkov
Universiteti, 1899
324. Şıxlinskaya (Qayıbova) Nigar xanım Hüseyn əfəndi
qızı (1870-1931) - Tiflis Nücəba Qızlar İnstitutu, 1889
325. Tağıyev Məhəmmədtağı (188?-1918) - Kiyev
Universiteti, 1916
326. Talışinski Mirəbülfət xan Ağa xan oğlu (1885-1949)
- Kiyev Universiteti, 1914
327. Topçubaşov Mustafa bəy Ağa bəy oğlu (1895-1981) -
Kiyev Universiteti, 1919
328. Vəkilov Məhəmmədrza ağa Mansur ağa oğlu (1864-1944)
- Xarkov Universiteti, 1893
329. Vəlixan Sona İbrahim qızı (1882-1981) - Peterburq
Qadın Tibb İnstitutu, 1908
330. Vəliyev Hüseynbala Cavad oğlu (1885-1970) - Xarkov
Universiteti, 1911 (?)
331. Zeynalov Həmzə Məhəmməd oğlu (1890-1960) - Kiyev
Universiteti, 1913
Müəllimlər
332. Davatdarova Mina xanım (1890-1923) - Tiflis Nücəba
Qızlar İnstitutu (1905-07)
333. Əbdürrəhmanbəyzadə Süleyman bəy Səlim bəy oğlu
(1850/1860-192?) - Tiflis Müəllimlər İnstitutu, 1887
334. Əfəndiyev Əbdülkərim Yusif əfəndi oğlu (1895-1934)
- Tiflis Müəllimlər İnstitutu, 1917 (oxuyub)
335. Əfəndizadə Abdulla bəy İsmayıl əfəndi oğlu
(1873-1928) - Tiflis Müəllimlər İnstitutu, 1899
336. Əfəndizadə Rəşid (Əbdürrəşid) bəy İsmayıl əfəndi
oğlu (1863-1942) - Tiflis Müəllimlər İnstitutu,1893
337. Əmircanov Abdulla bəy Süleyman bəy oğlu (1866-?) -
Tiflis Müəllimlər İnstitutu, 1888
338. Hüseynov Teymur Əbdüləli oğlu (1892-1938) - Tiflis
Müəllimlər İnstitutu, 1919
339. İsmayılova (Qacar) Gövhər xanım Ağa Əliəkbər qızı
(1862-1927) - Tiflis Nücəba Qızlar İnstitutu (oxuyub)
340. İsmayılova (Qacar) Fərruxə xanım Ağa Əliəkbər qızı
- Tiflis Nücəba Qızlar İnstitutu (bitirib)
341. İsmayılova (Qacar) Sittarə xanım Ağa Əliəkbər qızı
- Tiflis Nücəba Qızlar İnstitutu (bitirib)
342. Qacar Mənijə xanım (1896-?) - Tiflis Nücəba Qızlar
İnstitutu, 1915
343. Qasımov Pənah Əliəkbər oğlu (1881-1939) - Tiflis
Müəllimlər İnstitutu, 1907
344. Qənizadə Sultanməcid Murtuzəli oğlu (1868-1938) -
Tiflis Müəllimlər İnstitutu, 1887
345. Mahmudbəyov Həbib(ullah) bəy Hacı İbrahimxəlil bəy
oğlu (1864-1928) - Tiflis Müəllimlər İnstitutu, 1887
346. Qayıbov Hacı Rəhim bəy - Tiflis Müəllimlər
İnstitutu, 1888
347. Qayıbova (Usubova) Gövhər Hüseyn əfəndi qızı
(1885-1944) - Tiflis Nücəba Qızlar İnstitutu, 1903
Ali dini təhsillilər
348. Ağaəlizadə Axund Zeynalabdin (Ağa) Məhəmmədcavad
oğlu (1871-1954) - Nəcəfdə ali dini təhsil alıb
349. Axundzadə Axund Mirzə Əbuturab Axund Molla Məhəmməd
oğlu (1835-1910) - Mədinədə ali dini təhsil alıb
350. Dərbəndli Fazil (XIX yüzil) - ali dini təhsil alıb
351. Dəxil Dilsuz (Axund Molla Hüseyn Marağayi) (XIX
yüzil) - Ətəbatda ali dini təhsil alıb
352. Hacızadə Kərbəlayı Axund Zəki Kərbəlayı Abdulla
oğlu (1850-1919) - Nəcəfdə ali dini təhsil alıb
353. Qaracadaği Ağa Mirzə Məhəmmədəli (XIX yüzil) - ali
ruhani təhsil alıb
354. Şirvani Hacı Seyid Əzim Məhəmməd oğlu (1835-1888) -
Nəcəf və Bağdad (1858-ci ilədək), Şam ali ruhani
məktəbini bitirib, 1860
Başqa ixtisaslar üzrə ali təhsillilər
355. Abdullayev Kazım Kərbəlayı Əli oğlu (1889-?) -
Peterburq Universiteti, 1913 (I kurs)
356. Adıgözəlov Əbdülhəmid bəy Cavad ağa oğlu (1895-?) -
Peterburq Universiteti, 1915 (I kurs)
357. Adıgözəlov (Gorani) Əsgər ağa Haqverdi bəy oğlu
(1857-1910) - Moskva Kənd Təsərrüfatı Akademiyası, 1878
358. Ağabəyzadə Məhəmmədsadıq bəy İsmayıl bəy oğlu
(1865-1944) - Peterburq Topçuluq Məktəbi, 1886
359. Ağaoğlu Məhəmməd bəy Ağa oğlu (1896-1949) - Moskva
Universiteti, 1916
360. Ağayev (Ağaoğlu) Əhməd bəy Mirzə Həsən bəy oğlu
(1869-1939) - Peterburq Universiteti, Sorbon
Universiteti, 1893
361. Cəfərov Əbdürrəhim bəy Cəfər bəy oğlu (1882-1972) -
Peterburq Universiteti, 1915
362. Cəfərov Rəhim - ali təhsilli bioloq, 1920-ci ilədək
363. Daşdəmirov Əkbər - Varşava, 1918-ci ilədək
364. Əfəndiyev (Hilmi) Həbib Hacı Məcid əfəndi oğlu (təx.
1881-1936) - İstanbul Universiteti
365. Əfəndizadə (Qantəmir) Qafur Sədrəddin oğlu
(1888-1944) - İstanbul Universiteti, 1914
366. Əfəndizadə/Əfəndiyev Məhəmməd bəy Rəşid bəy oğlu
(1887-1977) - Peterburq Universiteti, 1914
367. Əliyev Əli Məhəmməd oğlu - Moskva Universitetində
oxuyub (1903)
368. Əliyev Əliəsgər Abdulla oğlu (1883-1938) - Moskva
Şərq Dilləri İnstitutu, 1912
369. Əliyev Məhəmməd(qasım) Hüseyn oğlu (1883-1967) -
Peterburq Ali Hərbi Topoqrafiya Məktəbi, 1905
370. Əlizadə (Şirvani) Məhəmmədtağı Hacı Əbdüssəməd oğlu
(1858-1918) - Moskva Kənd Təsərrüfatı Akademiyası,
bitirib
371. Əmircanov Möhsün bəy Süleyman bəy oğlu (1859-?) -
Peterburq Universiteti, 1881-84 (oxuyub)
372. Hacınski Əli bəy İsa bəy oğlu (1895-?) - Peterburq
Universiteti, 1915 (I kurs)
373. Hüseyn xan Əhməd xan oğlu - Moskva Universitetində
oxuyub (1911)
374. Xanlarov Ağa Cəbrayıl bəy Məhəmmədəli bəy oğlu
(1896-?) - Peterburq Universiteti, oxuyub (1916)
375. İbrahimzadə (İbrahimov) Mirzə Möhsün (Mövsüm) -
Paris Universiteti, 1920-ci ilədək
376. Kazımov İbrahim - Kiyev Universitetinin kimya
fakültəsi, 1914
377. Kəngərli Məhəmmədqulu bəy Şəfi ağa oğlu (1864-1905)
- Peterburq Ali Topçuluq Məktəbi, 1884
378. Qayıbov Cahangir Hüseyn əfəndi oğlu (1882-1942) -
Moskva Şərqşünaslıq İnstitutu, 1909
379. Quluyev Mustafa Zəkəriyyə oğlu (1893-1938) - Kiyev
Universiteti, 1918
380. Quluzadə İbrahim Hilal oğlu (1902-1941) - Moskva
Ali Rəssamlıq Məktəbi
381. Qurbanov Əhməd Hacı Məhəmməd oğlu (1896-1939) -
Qazan Universiteti (oxuyub), Moskva Şərq Dilləri
İnstitutu, 1915
382. Makinski Kamilpaşa xan Nəsrulla xan oğlu (1893-?) -
Peterburq Universiteti, oxuyub (1911)
383. Məhəmmədov Əsədulla Məşədi Hüseyn oğlu (1886-?) -
Peterburq Universiteti, 1910 (I kurs)
384. Məhəmmədzadə Abdulla Ağaməhəmməd oğlu (Abdulla Sur)
(1883-1912) - İstanbul Universiteti, 1909
385. Məhəmmədzadə Cəlil - Kiyev Universiteti, 1916
386. Məlikov İsgəndər bəy - Cenevrə Universiteti,
1920-ci ilədək
387. Məlikov Rəhim bəy Mehrəli bəy oğlu (1886-1936) -
Qazan Universiteti, 1912
388. Mirbabayeva (Mirbağırova) Ruqiyyə xanım - İsveçrədə
ali təhsil alıb
389. Mirbağırov Mirməhəmməd Hacı Mirəhməd oğlu (1889-?)
- Peterburq Universiteti (1910-13)
390. Mirzəcamalov Hüseyn Məhəmmədrəfi oğlu (1884-1974) -
Kiyev Universiteti, 1910
391. Mirzəyev Bəhram Rüstəm oğlu (1891-1974) -
Peterburq Universiteti, 1916
392. Musəvi Mirfəttah Əli oğlu (1891-1919) -
Novorossiysk Universitetində oxuyub
393. Nəsirbəyov Əbülfət xan - Novorossiysk
Universitetində oxuyub (1913)
394. Novruzi İsmayıl - İstanbul Universiteti, 1920-ci
ilədək
395. Sadıqov Əkbər Hacı Xəlil oğlu (1892-?) - Peterburq
Universiteti, 1912 (I kurs)
396. Süleyman Səlim - İstanbul Universiteti, 1920-ci
ilədək
397. Rzabəyli Fətulla bəy Əziz bəy oğlu (1885-1968) -
Novorossiysk Universiteti, 1911
398. Zülqədərov Məhəmməd bəy Allahyar bəy oğlu
(?-1918/1919) - Peterburq Texnologiya İnstitutu (1894)
399. Məlikov-Zərdabi Həsən bəy Səlim bəy oğlu
(12.11.1837-28.11.1907) - Moskva Universiteti, 1865
400. Məlikov-Zərdabi Səfvət bəy Həsən bəy oğlu (1886-?)
- Riqa Politexnik İnstitutu (oxuyub)
401. Nəbioğlu İsmayıl bəy (1870-1928) - Peterburq
Rəssamlıq Akademiyası, 1916
402. Nəcəf Rasim (1889-1929) - Peterburq Rəssamlıq
Akademiyası
403. Rasizadə Hüseyn (Cavid) Molla Abdulla oğlu
(1882-1941) - İstanbul Universiteti, 1909
404. Rəfibəyli Cavad bəy Hadı bəy oğlu (1890-1957) -
Kiyev Universiteti, 1916
405. Şahmalıyev Əmirxan Fərhad bəy oğlu (1888-?) -
Xarkov Universiteti
406. Şahtaxtlı Əbülfət Nəcəfqulu oğlu (1858-1913) -
Peterburq Texnologiya İnstitutu (1877-1878), Moskva
Şərqşünaslıq İnstitutu, Haydelberq Universiteti (Almaniya)
407. Şahtaxtlı Hüseynəli ağa Baxşəli ağa oğlu (1894-?) -
Peterburq Universiteti (1915-17)
408. Şahtaxtlı İsa sultan Nəcəfqulu oğlu (1851-1894) -
Peterburq Meşə İnstitutu, 1874; Paris və Londonda da
oxuyub
409. Şahtaxtlı Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu
(1848-1931) - Peterburq Universiteti, Leypsiq
Universiteti (Almaniya), 1869
410. Şərifov Davud Mikayıl oğlu (1882-1952) -
Novorossiysk, Kiyev universitetləri, 1907
411. Vəkilov İbrahim ağa Paşa ağa oğlu (1853-1934) -
Peterburq Hərbi Topoqrafiya Məktəbi, bitirib
412. Vəzirov Bəhram bəy İsmayıl bəy oğlu (1886-1929) -
Peterburq Meşə İnstitutunda oxuyub
413. Vəzirov Cavad bəy Həmid bəy oğlu (1873-1924) -
Leypsiq (Almaniya), ali k/t təhsili, 1907
414. Vəzirov Əli Mirbaba oğlu (?-1920) - Parisdə ali
təhsil alıb
415. Vəzirov Nəcəf bəy Fətəli bəy oğlu (1854-1926) -
Peterburq Universiteti (1874), Moskva Kənd Təsərrüfatı
Akademiyası, 1878
416. Vəzirov Şamil bəy Nəcəf bəy oğlu (1886-1933) -
Berlin Kənd Təsərrüfatı İnstitutu, 1918-ci ilədək
417. Yaqubova (Osmanzadə) Səlimə xanım (1890-1982) -
Peterburq Universiteti, 1919-cu ilədək
418. Yedigarov Ağa bəy (1823-1842) - Peterburq
Universiteti, 1848
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com |