Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Yasin Həsənovun adı gənc istedadların "Qızıl kitabı"na yazılıb

 

"Ən böyük arzum  tarixin yaddaşında şəxsiyyət kimi qalmaqdır. Bunun üçünsə daim irəli can atmaq, "Mən dövlətim üçün, xalqım üçün nə etdim" sualına cavab tapacaq işlər görmək əzmindəyəm. Ötən hər günü, açılan  hər sabahı  mənalı və məzmunlu yaşamaq məqsədilə  yorulmadan nəsə etmək, fərqli işlərlə yadda qalmaq  istəyirəm", - deyən müsahibim  Yasinin  fəxarət gətirən  fikirləri ilə tanış olduqda istər-istəməz  qürur hissi keçirir, Vətən torpağının belə övladlar yetişdirdiyindən  fəxr duyursan. İlk baxışdan adama elə gəlir ki, bu dolğun fikirlər  yaşlı, yetkin bir insanın  fikridir. Müqəddəs amalları ilə  yaşını qabaqlayan  paytaxt məktəblisi Yasin Etibar oğlu Həsənov  isə  Heydər Əliyev adına  liseyin VI sinif şagirdidir. Dərs əlaçısı olan yeniyetmə  2007-ci ildən Tofiq Quliyev adına 12 nömrəli  onbirillik musiqi məktəbinin  vokal sinfində təhsil alır. Vaxtilə istedadlı uşaqların təmsil olunduğu  "Bəri bax" qrupunun solisti olan Yasin xalq artisti  Rauf Babayevin və  gənc vokalçı Ramil Qasımovun tələbəsidir.  Yasinin yüksək məharətlə ifa etdiyi  "Vətənim", "Dostuma məktub", "Ana", "Bakım", "Azərbaycanım", "Mənim dünyam", "Sülh mesajı", "Bakı", "Dostlar"  mahnılarını həyəcansız dinləmək olmur.  Artıq onun  20 mahnıdan ibarət olan 2 albomu və "Vətənim" adlı  iki klipi   işıq üzü görüb.

Bu illər ərzində musiqi sahəsində bir çox uğurlara imza atan  Yasin  məktəb, şəhər, respublika miqyaslı tədbirlərdə  yuksək göstəricilər  nümayiş etdirib. 2010-cu ildə  "V&V Company" tərəfindən keçirilən tədbirdə "Gənc istedadlar" nominasiyasında  "Qran Pri" mükafatına layiq görülərək ilin "Ən gənc müğənnisi" adına layiq görülüb, elə həmin  il Rəşid Behbudov adına Mahnı Teatrında  keçirilən "Zirvədəkilər" müsabiqəsində  diploma, "AS produksion" və "Oskar" mədəniyyət qəzetinin dəstəyi ilə keçirilən müsabiqədə isə "Qızıl  mikrofon" mükafatına layiq görülərək  fəxri diplomla təltif olunub. O, 2011-ci ildə  Rusiyanın Sankt-Peterburq şəhərində  keçirilən XII  "Prazdnik detstva" beynəlxalq uşaq müsabiqəsində  27 ölkədən 700 iştirakçı arasında  "Qran Pri" mükafatına  layiq görülərək  Azərbaycan bayrağını ucaldıb. Belarusun  Mozır şəhərində keçirilən  VII   beynəlxalq vokal müsabiqəsində  25 ölkədən  600 iştirakçı arasında  "Qran Pri" mükafatına, Rumıniyanın  Oneşti şəhərində keçirilən  XVI  beynəlxalq  pop  müsabiqəsində 13 ölkədən  50-60 iştirakçı arasında  11 nəfərdən ibarət müxtəlif ölkələrin  nümayəndələri olan  münsiflər heyətinin rəyi ilə "Qran Pri"yə, xüsusi diploma və III yerə, Belarusun  Klimov  şəhərində keçirilən  beynəlxalq  uşaq müsabiqəsində  17 ölkədən 1000 iştirakçı arasında  xüsusi diploma  və II yerə, Belarusun Vitebsk şəhərində keçirilən  IX  beynəlxalq uşaq müsabiqəsində səsi  və səhnə mədəniyyəti ilə tamaşaçıların və münsiflər heyətinin rəğbətini qazanaraq   laureat adına və II yerə, Almaniyanın  Berlin şəhərində  keçirilən ənənəvi  beynəlxalq musiqi müsabiqəsində isə I yerə layiq görülməklə ən yüksək mükafata sahib olmuşdur.

Azərbaycan Respublikasının  Prezidenti   İlham Əliyevin  19 dekabr 2011-ci il tarixdə imzaladığı  "Gənc istedadların  xüsusi təqaüdə layiq görülməsi haqqında" sərəncamı ilə  Yasin Həsənovun adı  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olunmaqla  o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov