Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının
bir qrup müəllim və tələbəsi Bakının Xəzər rayonunun
Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq evinin qonağı
olub. Sumqayıtlı qonaqlar uşaq evinin balaca sakinlərinə
televizor və müxtəlif hədiyyələr bağışlayıblar.
Həmin gün burada qonaqların və uşaqların ifasında bir-birindən
şən mahnılar səslənib, əyləncəli oyunlar nümayiş edilib.
Uşaq evinin sakinləri üçün keçirilən bu tədbir onlara
bol-bol sevinc, təbəssüm və xoş əhvali-ruhiyyə bəxş edib. |