Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

"Riyaziyyat aylığı"nın yekun tədbiri

 

Yanvarın 31-də "Hyatt" otelində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi "Riyaziyyat aylığı"nın yekununa həsr olunmuş tədbir keçirildi.

"Riyaziyyat bütün elmlərin şahıdır" devizi altında keçirilən aylığın yekun tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.

Sonra çıxış üçün söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya verildi.

İştirakçıları salamlayaraq onları burada görməsindən məmnun olduğunu deyən Nailə xanım çıxışında öncə aylıqla bağlı ətraflı məlumatı diqqətə çatdırdı. Bildirildi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 2011-ci ilin dekabr ayı ümumtəhsil müəssisələrində "Riyaziyyat aylığı" elan edilmişdir. Aylığın elan edilməsində məqsəd ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği olmuşdur. 3 mərhələdən ibarət olan aylıq çərçivəsində 7 nominasiya üzrə müsabiqə keçirildiyini və şəhər mərhələsinə 80 işin təqdim olunduğunu bildirən Nailə Rzaquliyeva qeyd etdi ki, ay ərzində ümumtəhsil məktəblərində riyaziyyat fənni üzrə 1500-dən artıq "açıq dərs", 700 pedaqoji mühazirə, 100-dən çox şagird referatı dinlənilmiş, 250 fənn kabinetinə baxış keçirilmiş, 300 fənn metodbirləşməsinin fəaliyyəti öyrənilmiş, bütün məktəblərdə "Riyaziyyat gecələri" və müxtəlif sinifdənxaric tədbirlər təşkil olunmuşdur.

Şəhər mərhələsinə təqdim edilmiş 80 işin hər biri ekspertlər, Təşkilat Komitəsinin üzvləri, eləcə də final mərhələsinə vəsiqə qazanan müəllim və şagirdlərin iştirakı ilə bir daha araşdırılaraq müzakirə edilmişdir. Aydın olmuşdur ki, məktəblərimiz aylığa yüksək səviyyədə hazırlaşmış, onun əsl bilik və bacarıq yarışına, təcrübə mübadiləsi məktəbinə çevrilməsində kifayət qədər işlər görə bilmişdir. Aylığın uğurla davam etdirilməsi, təqdim olunmuş işlərin öyrənilməsi sahəsində işçi qrupları öz vəzifələrinin öhdəsindən bacarıqla gəlmişlər. Ümumiyyətlə, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Lakin bunun son hədd olmadığını vurğulayan Nailə xanım növbəti aylarda bu aylığın davamı kimi həyata keçirilməsi planlaşdırılan tədbirlərin də müəllimlərin yaradıcılığı sahəsində fəaliyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətli olacağına, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Nailə Rzaquliyeva çıxışının sonunda aylığın yüksək səviyyədə keçirilməsində əməyi olan işçi qruplarına, Təşkilat Komitəsinin üzvlərinə minnətdarlığını bildirərək qalibləri bir daha təbrik etdi. Təhsilimizə, onun inkişafına yönəlmiş hər bir addımın təqdirəlayiq olduğunu deyərək bu yolda hamıya uğurlar arzuladı.

Sonra aylıq çərçivəsində keçirilmiş 7 nominasiya - "Ən yaxşı sinifdənxaric tədbir", "Şagirdlərin ən yaxşı yaradıcı işi", "Riyaziyyat müəlliminin ən yaxşı pedaqoji mühazirəsi", "Ən yaxşı riyaziyyat fənn metodbirləşməsi", "Ən yaxşı riyaziyyat kabineti", "Digər fənn müəllimlərinin dərslərində riyaziyyat fənnindən ən yaxşı istifadə" və "Ən yaxşı "açıq dərs" üzrə müsabiqələrin hər birinə aid ardıcıl olaraq videoçarx nümayiş etdirildi və qaliblər səhnəyə dəvət olunaraq mükafatlandırıldılar.

Tədbirdə çıxış edən tanınmış alim və ziyalılar qalibləri təbrik edərək onlara daha böyük nailiyyətlər qazanmağı arzuladılar və gələcək fəaliyyətləri ilə bağlı məsləhət və tövsiyələrini verdilər.

Sonda çıxış üçün söz Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədova verildi. Gözəl bir tədbirin şahidi olduğunu deyən İ.Pirməmmədov qeyd etdi ki, bu gün burada bayram əhvali-ruhiyyəsi hökm sürür, hamının üzündə sevinc görünür.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edən Aparat rəhbəri vurğuladı ki, ölkə başçısı təhsil sahəsini dövlət siyasətinin strateji istiqamətlərindən biri hesab edir. Bunun nəticəsi olaraq son illər ölkədə 2 minə yaxın məktəb tikilib, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində mühüm işlər görülüb, müəllimlər treninqlərdən keçərək qabaqcıl təcrübəyə yiyələniblər və s.

İlham Pirməmmədov qalibləri, onların məktəblərinin rəhbərlərini təbrik edərək bu aylığın keçirilməsində zəhməti olan hər kəsə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarına, xüsusilə bir ay ərzində bu tədbirdə həvəslə iştirak edən alimlərə təhsil naziri Misir Mərdanovun adından təşəkkürünü bildirdi. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov