Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

"Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi" mövzusunda seminar

 

Yanvarın 30-da Təhsil Nazirliyində Avropa İttifaqının (Aİ) TAİEX proqramı çərçivəsində "Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi" mövzusunda seminarın açılış mərasimi keçirildi.

Təhsil Nazirliyi, Avropa İttifaqı, Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən seminarın açılış mərasimində təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali məktəblərin nümayəndələri və Aİ-nin ekspertləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirdi ki, seminarın məqsədi Azərbaycanın ali təhsil sisteminin Boloniya sistemi standartlarına uyğunlaşdırılması baxımından normativ-hüquqi sənədlərin monitorinqinin aparılması və qiymətləndirilməsindən ibarətdir. Avropa İttifaqı ekspertlərinin Avropa ölkələrinin qabaqcıl təcrübəsi əsasında müvafiq istiqamətlərdə Azərbaycandakı mövcud vəziyyətin müqayisəli təhlilini aparacaqlarını nəzərə çatdıran nazir seminarın ölkəmizdə ali təhsilin inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu söylədi.

Avropa İttifaqı ekspertlərinin Azərbaycanın təhsil qanunvericiliyi ilə yaxından tanış olduğunu bildirən Misir Mərdanov ölkəmizdə olan ekspertlərin yüksək səviyyəli mütəxəssislər olduğunu və onların imkanlarından maksimum yararlanmağın vacibliyini qeyd etdi.

Seminarda çıxış edən Avropa İttifaqının ekspertləri - Təhsil Hüququ və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti Jan De Groof, Ali təhsil üzrə İsveç Milli Agentliyinin nümayəndəsi Lennart Stahle, Finlandiyanın Ali Təhsilin Qiymətləndirilməsi Şurasının baş eksperti Karl Holm, təhsil nazirinin müavini Qulu Novruzov və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı beynəlxalq və Avropa təhsil sisteminə inteqrasiyanın əsas prinsipləri, təhsil müəssisələrinin akkreditasiyası qaydaları, ali təhsil sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi, universitetlər üçün reytinqlərin müəyyən edilməsi sisteminin yaradılması, tələbələrin biliklərinin qiymətləndirilməsi və digər məsələlər barədə fikirlərini bildirdilər. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov