Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda silsilə tədbirlər keçirilib

 

Yanvarın 28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev Muzey-Lektoriyasının açılışı, institutun professor-müəllim heyəti tərəfindən son 4 il ərzində nəşr edilmiş elmi əsərlərin (monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, elmi məqalə və s.) sərgisi, həmçinin Britaniya Şurası ilə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov, Britaniya Şurasının rəhbəri cənab Pol Klementson, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, KİV nümayəndələri, institutun professor-müəllim heyəti iştirak ediblər.

Heydər Əliyev Muzey-Lektoriyasını təhsil naziri Misir Mərdanov və institutun rektoru Asəf Zamanov qırmızı lenti kəsərək açdılar.

Muzey-Lektoriyanın açılışından sonra mərasim iştirakçıları Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan lektoriyada ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatları seyr etdilər.

Mərasim iştirakçıları Muzey-Lektoriyada ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlara həsr olunmuş filmə baxdılar.

Təhsil ocağı barədə tədbir iştirakçılarına ətraflı məlumat verən institutun rektoru Asəf Zamanov bildirdi ki, institut tərəfindən son 4 ildə 4 beynəlxalq elmi konfrans keçirilib. Həmin beynəlxalq konfranslardan ikisi Azərbaycanda, bizim institutda keçirilıb və həmin iki elmi konfransların təşkilat komitəsinin sədri də hörmətli təhsil nazirimiz Misir Mərdanov olub. Daha sonra Asəf Zamanov qeyd etdi ki, institutda yarandığı gündən 2007-ci il də daxil olmaqla 112 elmi əsər çap edilmişdisə, son dörd ildə bu elmi əsərlərin sayını 600-ə çatdırmışıq. 2011-2012-ci tədris ilini "Keyfiyyət ili" elan etmişik,  - deyən rektor onu da diqqətə çatdırdı ki, çalışacağıq  təhsilə, elmə, məktəbə, müəllimə, ölkədə aparılan təhsil islahatına layiqli töhfəmizi verək.

Sonra Britaniya Şurası ilə  institut arasında Anlaşma Memorandumu imzalandı.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun ölkənin yüksək səviyyəli elm, mədəniyyət və təhsil mərkəzinə çevrilməsi sahəsində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini dedi. Nazir bildirdi ki, elə burada institut üçün yeni gözəl bir bina tikdirməyi nəzərdə tutmuşuq. Son 4 ildə institutun əməkdaşları tərəfindən hazırlanmış dərsliklər, dərs vəsaitləri, elmi əsərlərin bu təhsil müəssisəsində  kadr potensialının inkişafında çox böyük rol oynadığını  vurğulayan nazir burada açılan Heydər Əliyev Muzey- Lektoriyasının və Britaniya Şurası ilə imzalanan Anlaşma Memorandumunun böyük əhəmiyyəti olduğunu bildirdi. Sonra nazir "British Council"in bu gün Azərbaycanda fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatların içərisində Təhsil Nazirliyi ilə ən yaxın əlaqə saxlayan qurum olduğunu dedi və ona görə də həm Britaniya Şurasının rəhbəri Pol Klementsona, həm də institutun rəhbərliyinə təşəkkürünü bildirdi. Təhsil naziri əmin olduğunu bildirdi ki, bu gün imzalanan sənədin bütövlükdə Azərbaycanin təhsil sisteminin, o cümlədən Azərbaycanda ingilis dilinin öyrənilməsində, bu institutun inkişafında çox böyük əhəmiyyəti olacaqdır.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Bəxtiyar Əliyev, Britaniya Şurasının rəhbəri Pol  Klementson və digərləri  son illər institutda aparılan işlərin səviyyəsini yüksək qiymətləndirdilər  və bu ali məktəbin ölkənin müxtəlif təhsil ocaqları üçün kadr potensialının, xüsusilə ingilis dili kadrlarının hazırlanmasında əhəmiyyətli rolundan danışdılar. Yerli və beynəlxalq təşkilatlarla yaradılan əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliklərini ifadə etdilər.

Sonra təhsil ocağının akt zalında yaradılmış sərgini seyr edən mərasim iştirakçıları son 4 ildə institutun professor-müəllim heyəti tərəfindən nəşr edilmiş elmi əsərlər, monoqrafiya, dərslik, metodik vəsait, elmi məqalələrlə tanış oldular.  

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov