Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Azərbaycanla Almaniya arasında təhsil və elm sahələri üzrə əməkdaşlıq daha da inkişaf edir

 

Yanvarın 27-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla Almaniya arasında təhsil və elm sahələri üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirib. Nazir təhsil sahəsində səmərəli əlaqələrin qurulmasında Alman Akademik Mübadilə Xidmətinin gördüyü işlərin böyük önəm daşıdığını qeyd edib.

DAAD-ın Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Qreqor Berqxorn Azərbaycanla Almaniyanın təhsil sahəsi üzrə əlaqələrinin uğurlu inkişafından razılığını bildirib. Q.Berqxorn Alman Akademik Mübadilə Xidmətinin ikitərəfli təhsil əlaqələrinin inkişafına bundan sonra da layiqli töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb. DAAD-ın təqaüd proqramları çərçivəsində bu il Azərbaycana 8 yer ayrıldığını nəzərə çatdıran qonaq seçim turuna 150 nəfərin qatıldığını söyləyib.

Müraciət edənlər arasında 1 illik elmi tədqiqatlara maraq göstərən gənc alimlərin az olduğuna diqqət çəkən Q.Berqxorn Azərbaycanla Almaniya arasında elmin inkişafı ilə bağlı proqramın hazırlanması məsələsinə toxunub. Almaniyalı mütəxəssislərin Azərbaycanın ali məktəblərində çalışması məsələsindən bəhs edən qonaq, bu işin təmsil etdiyi ölkədə təhsil almaq istəyən tələbələrin dil öyrənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti nümayəndələrinin Azərbaycanın ali məktəblərində görüşlər keçirməsinin, tələbə və gənc alimlərə təklif olunan təqaüdlərlə bağlı ətraflı məlumat verilməsinin vacibliyini nəzərə çatdırıb. Nazir bildirib ki, Azərbaycan DAAD təqaüdləri çərçivəsində daha çox tibb, riyaziyyat, kimya, fizika, mühəndislik, kompüter texnologiyaları, ekologiya və turizm sahələri üzrə mütəxəssislərin hazırlanmasında və ayrılan yerlərin sayının artırılmasında maraqlıdır. Ölkəmizin ali məktəbləri ilə Almaniya universitetləri arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyinə toxunan təhsil naziri elmin inkişafı ilə bağlı müvafiq proqramın hazırlanması üçün birgə işçi qrupunun təşkil edilməsinin mümkünlüyünü qeyd edib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov